ELZA VƏ İLHAMƏ BİR-BİRİLƏRİNİ TƏHQİR ETDİ: "Şöhrət ordenli şərəfsiz..." - VİDEOLAR

Elza Seyidcahan, ANS-din Günəbaxan verilişində onu tənqid edən İlhamə Quliyevaya çox sərt cavab verib. Əsəblərini cilovlaya bilməyən, bəstəkar ağır ittihamla danışıb:

"“Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç bir əvəz edə bilməz. Yaxşı titular varsa ona layiq olmağa çalışmalıyıq. Bu gün mən əməkdar artistəm və fəxri adıma da layiq hərəkət edirəm. Vaxt olacaq şöhrət ordeninə qədər yüksələcəm, amma şöhrət ordenli şərəfsiz olmayacam. Mənim üçün əməkdar artist balaca ad deyil və bu ada gənc yaşımda layiq görülmüşəm. Ayaq yumağa gəldikdə isə, onun ayağını yumamışam və hədiyyə də verməmişəm. Çünki ona “Ağ çiçəyim” adlı bəstəmi vermişəm və ifa edib. Mahnı ona çox böyük hədiyyədir. Onun ayağını yumamışam. Sadəcə seçkilər zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarıb, böyük vannada su gətirdim ki, 43 ölçülü ayaq o qaba sığışsın. Ayağına su gətirdim. Nə var ki, burda? Bu gün də ayağına su gətirərəm. Ayağını yumamışam, yuyaram. Çünki Allah ona şəfa versin. Sən bizim qoca sənətkarımızsan. Onu da deyim ki, sənət adamları arasında çaxnaşmanı yaradan bu adamdır. Sübutunu da deyərəm. Mən istəmirəm onunla bir yerdə oturum, eşidim ki, Flora Kərimova budur. Bu adam heç Zeynəb Xanlarovanı bəyənmir. Bu adam dövlətini də bəyənmir”.

Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti İlhamə Quliyeva mətbuata açıqlamasında bildirib ki, dəfələrlə evimə zəng edərək bildirib ki, bacısı ilə gəlib qulluğumda durmaq istəyir: “Amma mən onu evimə buraxmamışam, hər bir kəsə borcu var. Azərbaycanın rayonlarında icra hakimləri onun əlindən zar edir. Hara gedirsə, pul istəyir. Deyir ki, mənə hədiyyələr verib. Onun pulu var mənə hədiyyə alsın? Onu hədiyyələrin içində basdıraram. Ağlı gedib, bir ayağına başqa, digərinə başqa çəkmə geyir. Elza ayaqlarımı yuyubsa, deməli, çox cılız şəxsdir, ayaq yumaq onun borcudur”.

İlhamə Quliyeva deputat olmaq arzusunda olan Elza Seyidcahanın arqumentlərinə belə münasibət bildirib: “Səndən millət vəkili çıxar? Elza Seyidcahan çox gözəl musiqiçidir. Ancaq çox pis müğənnidir. O müğənni deyil, oxumağı bərbaddır, şairliyi isə fəlakətdir. Mən Yazıçılar İttifaqına müraciət etmişəm ki, onun haqqında bir ölçü götürsünlər. Mahnılarını yazsın və versin gənclər oxusun. O, millət vəkili ola bilməz!”

İlhamə Quliyeva Elzanın deputat olma istəyinə isə belə münasibət bilidirb:“Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim ki, yox. Çünki, orada dəyərli insanlar əyləşməlidirlər. O, icra başçılarına hücum edib onlardan pul istəyir. Artıq icra başçıları onu görəndə qaçıb gizlənirlər. Bunu mənə nümayəndələrin özləri deyir. Belə millət vəkili olar?”

Əməkdar artistin xeyriyyə konsertində afişalara icazəsiz İlhamə Quliyevanın adını yazması isə xalq artistinin narazılığına səbəb oldu:“Mən sənin üçün uşağam? Sənə kim icazə verib ki, məndən icazəsiz reklamalara yazırsan ki, konsertdə İlhamə Quliyeva da iştirak edəcək. Ayağlarımı amma yaxşı yuyursan. Elza dəfələrlə mənə zəng vurub ki, icazə verin gəlim bacımla sizin qulluğunuzda durum. Amma mən o şəraiti yaratmamışam. Onu heç vaxt yanımda görmək istəmirəm. Onun övladının birinci toyuna getdim. Amma sonra toya çağırdı, yalvardı getmədim. O, çox təhlükəli insandır”.

İlhamə Quliyeva Elzanın hərəkətlərini və geyimini isə abırsız adlandırdı. Xanım Quliyeva, əgər “Elza ağzını yummasa” onun sübutla daha çox hərəktərini açacağını bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar