ALİMLƏRİ YENƏ MƏYUS ETDİLƏR- Maaşları 30-50 manat artırıldı

Dövlət başçısı İlham Əliyev elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında sərəncam verib.

Sərəncama görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan “elmlər doktoru” və “fəlsəfə doktoru” elmi dərəcəsi olan işçilərin vəzifə maaşlarına elmi dərəcələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi əlavələr 2013-cü il sentyabrın 1-dən iki dəfə artırılsın.

Qeyd edək ki, “fəlsəfə doktoru” elmi dərəcəsi olan alimlər indiyədək elmi dərəcələrə görə 30 manat, elmlər doktorları isə 50 manat alırdı. Bu isə o deməkdir ki, onların aldıqları vəsait müvafiq olaraq 30 və 50 manat artırılıb. Yəqin ki, bu sərəncam alimləri məyus edəcək. Çünku elmi dərəcələrə görə fəlsəfə doktorlarına 300 manat, elmlər doktorlarına isə 50o manat veriləcəyi vəd olunmuşdu. Yəni, alimləri yenə aldatdılar.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar