Hüseyn Abdullayev yenə sükutu pozdu

Sabiq deputat mübarizədən geri çəkilmədiyini ortaya qoydu

Sabiq deputat Hüseyn Abdullayev bir müddət əvvəl “Susma” klipi ilə gündəmə gəldi. Bu klip həm cəmiyyəti, həm də hakimiyyəti silkələdi. Iqtidar “Susma”dan sonra dərhal Hüseyn Abdullayevə qarşı hücuma keçdi. Sabiq deputat Interpol vasitəsilə axtarışa verildi. Eyni zamanda bəlli oldu ki, onun valideyləri barədə cinayət işi başlanıb. Hüseyn Abdullayev bütün bunlara kəskin reaksiya verdi. Və bir qədər sonra yenidən kölgəyə çəkildi.

Bir çoxları “Susma”nın müəllifinin təzyiqlərdən ehtiyat edərək susduğunu düşündü. Lakin belə deyilmiş. Hüseyn Abdullayev bu günlərdə “Facebook” profilində yazdığı statusla susmadığını nümayiş etdirdi.

“Sürünmək istəyən aciz bir bəndə ölməyə məhkumdu, amma dərk etməz. Ömrünü boş yaşar, şərəfini satar, o canlı ölüdür, lakin hiss etməz” yazan Hüseyn Abdullayev mübarizə aparmaqda israrlı olduğunu ortaya qoydu. Sabiq deputatın bu statusu həm də hər kəsə bu hakimiyyətə qarşı mübarizə aparmaq çağırışı sayıla bilər.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar