Bu gün Bakının işğaldan azad olunduğu gündü

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər

Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 95 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da Azərbaycanın müstəqilliyi təmin olunub.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Məhz Azərbaycanın ərzi bütövlüyünü təmin etməq məqsədilə Osmanlı Türkiyəsi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırib.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər.Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar