Prezident Elman Rüstəmovu danlayıb

Biləsuvarın icra başçısı iki məmuru təhlükədə qoyub

Ölkə başçısı Ilham Əliyevin Biləsuvar rayonuna səfəri ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Xatırladaq ki, ölkə başçısı bu rayona sentyabrın 4-də gedib. Səfər çərçivəsində o, Biləsuvara içməli suyun verilməsində iştirak edib və Heydər Əliyev Parkında görülən işlərlə tanış olub.

Məlumatlara görə, ölkə başçısının iri bir rayonda yalnız bir açılışda iştirak etməsi ürəyincə olmayıb. Digər tərəfdən Biləsuvar da hakimiyyətin ən çox narahat olduğu rayondur. Çünki bu rayonda da narazılığın həddi pik səviyyəyə çatıb.

Ilham Əliyev belə bir rayonda heç olmasa bir-iki obyektin açılışında iştirak etmək, bundan təbliğatı üçün istifadə etmək istəyib. Lakin niyyəti baş tutmayıb. Buna görə isə iki məmur danlanıb. Bunlardan biri kənd təsərrüfatı naziri Ismət Abbasov, digəri isə Mərkəzi Bankın sədri Elman Rüstəmov olub. Ismət Abbasovun danlanmağına səbəb Biləsuvarın icra başçısı Mahir Quliyevin ona yaxın şəxs olması ilə bağlıdır. Elman Rüstəmova gəlincə, bu rayon onun kurasiyana verilib.

Məlumatda deyilir ki, Ilham Əliyev hər iki məmura xəbərdarlıq edib. Biləsuvarda seçki ərəfəsində xırda bir “çp”yə onların cəzalandırılacaqlarını deyib. Beləliklə də, Ismət Abbasovla Elman Rüstəmova seçkinin qurbanı olmaq təhlükəsi yaranıb.

Biləsuvarla bağlı redaksiyamıza başqa bir ilginc məlumat da daxil olub. Həmin məlumatda deyilir ki, yerli rəhbərliyə daxil olan şəxslərdən birinin əxlaqsız hərəkəti Biləsuvarda ciddi etiraza səbəb olub. Yüzlərlə rayon sakini icra başçısına bu barədə müraciət göndərərək həmin şəxsin cəzalandırılmasını tələb edir. Lakin icra başçısı sakinlərin müraciətini qulaqardına vurub.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar