BƏYLƏR ƏYYUBOVUN BACISI OĞLU SAXLANDI - Müğənni Nadir Qafarzadəni döyüb?-YENİLƏNİB

General Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyev saxlanılıb. Bu barədə məlumatı Musavat.com-a Lənkərandakı mənbələr verib.

İlkin məlumata görə, Əqid Bayroyev Masallıda tutulub. O, iştirak etdiyi toy məclisində dava salıb. Hadisə yerinə gələn polis əməkdaşları Bəylər Əyyubovun bacısı oğlunu saxlayıblar. O, hazırda Masallı rayon Polis İdarəsindədir.

Qeyd edək ki, Əqid Bayroyev bundan əvvəl Mingəçevirin hərbi komissarı işləyib.

**********

Bəzi saytların yaydığı məlumata görə isə Lənkəranın hərbi komissarı Əqid Bayroyev müğənni Nadir Qafarzadəni döyüb. Hadisənin Masallının hərbi komissarının oğlunun toyunda, “Ay işığı” restoranında baş verdiyi bildirilir. Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevi hiddətləndirib.

Məlumata görə, Əqid Bayroyev bu məsələ bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar