Rüstəm İbrahimbəyov “EL”-in də səbrini daşırdı – “Şərhsiz” etiraz

Zəfər Quliyevdən iki düşündürücü sitat

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun APA-ya dünənki sensasiyalı müsahibəsinin əks-sədası davam edir. Müxalifətin faktiki liderinin bəzi fikirləri o qədər gözlənilməz olub ki, onun ən yaxın ərtafını da təəcübləndirib. Məsələn, bilavasitə Rüstəm İbrahimbəyovun ideyası və dəstəyi ilə yaradılan “EL” hərəkatından da İbrahimbəyova üstüörtülü etiraz mesajları eşidilməyə bvaşlayıb.

Hərəkatın rəhbərlərindən olan Zəfər Quliyevin Facebook-da paylaşdığı statusu buna nümunə olaraq göstərmək olar. AzPolitika.info xəbər verir ki, Z.Quliyev rus dilində yazdığı və “Şərhsiz” deyə paylaşdığı statusda R.İbrahimbəyovdan iki sitat gətirib:

““Bu çox böyük məsuliyyətdir, mən buna hazıram və bu yolu axıradək gedəcəm” (Rüstəm İbrahimbəyov, 2 iyul, vahid namizəd seçildiyi gün)

“Mən vahid namizəd olmaq istəmirdim, məni məcbur etdilər” (Rüstəm İbrahimbəyov, 14 sentyabr)”

Fikrimizcə, Zəfər Quliyev haqlıdır, əlavə şərhə həqiqətən də ehtiyac qalmayıb...

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar