Obama Ruhani ilə görüşməyəcək

ABŞ prezidenti Barack Obama gələn həftə BMT-nin sammiti çərçivəsində Rusiya və Hindistan liderləri ilə görüşəcək. Ancaq onun iranlı həmkarı Hassan Rohani ilə görüşü nəzərdə tutulmayıb.

İyulda İranla altı dövlət arasında nüvə sazişi əldə olunandan bəri ilk dəfə olaraq iki lider BMT Baş Assambleyasında bir arada olacaq.

İki il öncə elə həmin toplantıda Obama ilə Rohani-nin əl sıxmasının mümkünlüyü müzakirə olunurdu, axırda baş tutmamışdı.

Amerika prezidentinin Rusiya və Hindistan prezidentləri, Vladimir Putin və Narendra Modi ilə görüşəcəyi, hətta kubalı həmkarı Raul Castro ilə qısa söhbət edəcəyi gözlənir.

Ukrayna prezidenti Petro Poroshenko-nun ofisi bildirib ki, o, da Obama ilə görüşmək istəyir. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar