RUS ORDUSU İŞİD-i MƏHV EDƏCƏK! - İŞİD-in qorxmalı olduğu 5 silah növü
Rusiya, artıq keçən həftədən İŞİD-ə qarşı mübarizə aparmağa tam qərar verib. Rusiya aviasiyasının və quru qoşunlarının Suriyaya göndərilməsi ilk növbədə Əsəd rejiminin qorunması, sonra isə İŞİD-in törətdiyi dəhşətlərin qarşısının alınması məqsədi daşıyır. Sözsüz ki, burada əsas məsələ Rusiyanın Yaxın Şərqdəki təsirinin saxlanılmasından ibarətdir. İŞİD-in Əsəd rejiminə qarşı olan ciddi təhlükəsini nəzərə alaraq, rusların onlarla birbaşa qarşıdurması ehtimalının tamamilə mümkün olmasını söyləmək olar.Bu barədə "The National interest"də işıq üzü görən məqalədə məlumat verilir.
Bəs, Rusiyanın Suriyaya göndərdiyi qüvvələr və texnika İŞİD-ə qarşı mübarizəyə necə təsir göstərə bilər?
- Su-25
“Su-25” təyy
Rusiya HHQ tərkibindəki təyyarələr çox böyük ehtimalla İraq ordusunun təyyarələrinə nisbətən, daha müasir sistemlərlə təchiz edilib və oradakı pilotların səviyyəsi də yüksəkdir. Ona görə də, əgər Rusiya İŞİD-ə qarşı hücum qərarı verəcəksə, onda rusların təyyarələri daha effektli zərbələr endirəcəklər. Hal-hazırda Suriya ordusunun sıralarında vuruşan “Su-22” və “Su-24” təyyarələri ilə müqayisədə, ”Su-25” lər onlara verilən tapşırıqları daha effektiv yerinə yetirə biləcəklər.
Düzdür, Ukrayna münaqişəsi zamanı “Su-25” təyyarələrinin çatışmazlıqları üzə çıxmışdı. Lakin Ukrayna təyyarələri rusların separatçılara verdikləri Hava Hücumundan Müdafiə sistemləri vasitəsi ilə vurulurdu. Amma hələki, İŞİD-in bu cür imkanları yoxdur.
- Xüsusi təyinatlılar
Rusiya xüsusi təyinatlıları (speçnaz) müəyyən mənada həmin rolu oynayır. Rusiya xüsusi təyinatlılarının müqavimət hərəkatlarına qarşı aparılan gizli əməliyyatları Çeçenistanda vəziyyətin dəyişməsinə gətirib çıxardı. Digər tərəfdən isə Krımın ilhaq edilməsi və Ukraynadakı separatçıların güclənməsində Rusiya xüsusi təyinatlıları mühüm rol oynayıblar. Bəzi məlumatlara görə, hazırda Rusiya “speçnazı” Suriyada fəaliyyətə hazırlaşır.
Rusiya xüsusi təyinatlıları suriyalılara təlim keçməklə yanaşı, İŞİD və digər qruplara qarşı yerüstü əməliyyatlardakı döyüşlərdə öncüllük də edə bilərlər. Hələlik Rusiya hərbi gücünün imkanları tam olaraq bizə məlum deyil, ancaq İŞİD-in bunu çox tezliklə aydınlaşdırmaq imkanı var.
- Mİ-24
“Uçan tank” adlandırılan “Mi-24” quru qoşularına çox lazımlı kömək edir. Bu maşın yüksək çeviklik xüsusiyyətinə malikdir və ordu birləşmələrini kritik mühüm nöqtələrə daşıya bilmək özəliyyi ilə yanaşı, zərbə vertolyotu kimi də fəaliyyət göstərir. Bomba, idarə olunan və idarə olunmayan raketlərdən başqa “Mi-24” 12,7 millimetrlik pulemyotla təchiz olunub ki, bu da ona nəqliyyat vasitələrinə, döyüş maşınlarına və həmçinin də düşmənin möhkəmləndirilmiş müdafiə mövqelərinə ciddi ziyanlar vurmağa imkan verir. İŞİD vertolyotlara qarşı mübarizədə müəyyən uğur qazanıb, lakin onlar üçün müasir vertolyotlarda uçan təcrübəli və yaxşı hazırlıqlı rusiyalı pilotlara qarşı dayanmaq hədsiz çətin olacaq.
Rusiyanın Suriyada yerləşdirdiyi hərbi birləşmələrin sayı çox olmadığı üçün rus qoşunlarının çevikliyindən çox şey asılı olacaq. ”Mi-24”həmin çevikliyi, yüksək atəş gücü ilə təmin edə bilər.
- BTR 82A
“BTR 82A” böyük imkanlara malikdir, amma İŞİD bu maşından da güclülərini məhv edib və ələ keçirib. Bu BTR-lərin Suriyaya göndərilməsi, Əsədin xilası üçün Rusiyanın yerüstü döyüş əməliyyatları keçirmək niyyətində olduğunu göstərir. Əgər “BTR -82A” Rusiyanın böyük quru əməliyyatlara başlayacağının xəbərçisidirsə, onda bu İŞİD-i ciddi şəkildə həyəcanlandırmalıdır.
- Pilotsuz uçuş aparatları
Pilotsuz uçuş aparatları quru qoşunlarını müdafiə etmək və rəqib haqqında lazımı məlumatlar toplamaq üçün bütün dünya ordularının əsas elementlərindən birinə çevrilib. Hətta İŞİD-in əlində də bir neçə bəsit model var. Hələlik Rusiyanın özünün hansı dronlarını (pilotsuz uçuş aparatları) Suriyaya yolladığı barədə tam olaraq məlumat yoxdur. Fotolar bu dronların, Yakovlev adına konstruktor bürosunda hazırlanmış “Pçyola 1T” (Пчела 1Т) olduğunu göstərir. Bu aparatlar kiçik uşuş məsafəli dronlardır və onlar taktiki komandir heyəti üçün məlumat toplamaq funksiyası yerinə yetirirlər. Amma bu gün Rusiyanın ixtiyarında bir neçə zərbə variantları olmaq şərti ilə, müxtəlif kəşfiyyat əməliyyatları həyata keçirən pilotsuz uçuş aparatları da var. Gözləmək olar ki, bu dronlar, həm Rusiya, həm də Suriya ordusunun effektivliyini ciddi şəkildə yüksəldə bilər.
Yekun
Vaqif NƏSİBOV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.