ÇEVİK POLİS ALAYINDA KÜTLƏVİ İXTİSAR VƏ NARAZILIQ? – Rəsmi münasibət (Yeniləndi)

Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında (ÇPA) 100-dən artıq əməkdaşın işdən çıxarılması ciddi narazılığa səbəb olub. Bu barədə AzPolitika.info-ya məlumatlı mənbə bildirib.

Bəlli səbəblərdən adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Çevik Polis Alayının rəhbərliyi boyu 1.75 metrdən az olan 100-ədək əməkdaşın DİN-in digər bölməsinə - Mühafizə Polisinə köçürüləcəkləri barədə xəbərdarlıq edib. Bu adamların əksəriyyətinin boyu cüzi fərqlə müəyyən olunmuş normadan aşağıdır. “Əksəriyyətin boyu 1.73-.1.74 sm olanlardır. Aralarında 17-18 ildir Çevik Polis Alayında işləyənlər var. Ölkədə siyasi sabitliyin təmin olunmasında əməyi olan insanlardır. İndi 1-2 sm boy fərqinə görə bu insanları çölə atmaq ədalətsizlikdir”, deyə mənbə əməkdaşımıza deyib.

Mənbə deyir ki, işdən çıxarılacaqları barədə xəbərdarlıq almış əməkdaşlar bu gün Çevik Polis Alayının komandiri polkovnik Zaur Abdullayevlə görüşməyə cəhd ediblər. Lakin komandir onları qəbul etməkdən imtina edib. “Onlara bir daha bildirilib ki, gedib özlərinə iş axtarsınlar.”

Mənbə həmçinin qeyd edib ki, ÇPA əməkdaşlarının DİN-in digər bölmələrində xidmət keçmək istəməmələrinin səbəbi maaşın azlığıdır. “Çevik Polis Alayında maaşlar, Mühafizə Polisinə nisbətən yüksəkdir. Ona görə də, xəbərdarlıq almış əməkdaşlar narahatdılar”.

İşdən çıxarılan ÇPA əməkdaşlarının sabah DİN rəhbərliyi ilə görüşməyə çalışacaqları da bildirilib.

***

Çevik Polis Alayının komandirinin müavini, polis polkovniki Rəcəb Rəcəbov bu gün AzPolitika.info-nun rəhbərliyi ilə əlaqə saxlayaraq, bu orqanda kütləvi ixtisarlarla bağlı məlumatı təkzib edib. "Heç kim boyuna görə işdən çıxarılmır. Məlumat tamamilə əsassızdır".

Vaqif Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar