İsrail İbrahim məscidini müsəlmanlara yasaqladı

İsrailin nəzarətində olan Fələstin ərazilərində, El-Xəlil şəhərindəki İbrahim məscidi yəhudi bayramları səbəbiylə 2 gün ərzində müsəlmanlara bağlı olacaq.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Vəqflər Nazirliyindən bildirilib. Qurum bu addımı “müsəlmanlara və İslami məkanlara qarşı açıq-aşkar hücum” adlandırıb.

Açıqlamada İbrahim məscidinin "Yəhudilərə aid bir məkan halına gətirilib Müsəlmanlara bağlanılmasını" hədəfləyən hücum və pozuntulara son verilməsi üçün təcili olaraq hərəkətə keçilməsi çağırışı yer alıb.

Sözügedən məscid Məscidi-Haram, Məscidi-Nəbəvi və Məscidi-Əqsadan sonra dünyada ən qədim dördüncü məscid olaraq tanınır. Məsciddə təxminən 12 min nəfərin birlikdə namaz qılması mümkündür.

İbrahim məscidi 1500 İsrail əsgərinin nəzarət etdiyi və 400 yəhudinin yaşadığı Əl-Xəlil şəhərinin “Qədim şəhər” hissəsində yerləşir.

Yəhudilər 1994-ci ilə qədər müəyyən saatlarda buradakı "Həzrəti İbrahimin qəbrini" ziyarət edə bilirdi. Barux Goldstien adlı ifrat sağçı yəhudinin 25 Fevral 1994-cü ildə məscid camaatına atəş açaraq 29 Fələstinlini öldürməsi və 125-ini yaralamasından sonra İsrail hökuməti təhlükəsizlik məqsədi ilə məscidin yarısını yəhudilər üçün məbədə çevirmişdi. Hazırda isə məscid kompleksi bütünlüklə yəhudilər üçün ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar