ABŞ, RUSİYA İLƏ HİBRİD MÜHARİBƏSİNƏ HAZIRLAŞIR! – “Bu, düşünülmüş təxribatdır”

2010-cu ilin sentyabrında “Stop NATO” bloqunun redaktoru Rik Rozof yazırdı ki, Pentaqon Baltik ölkələrindən Əfqanıstandakı və həmçinin də gələcəkdə baş verəcək digər müharibələr üçün təlim meydançası kimi istifadə edir.

1999-cu ildən 2009-cu ilədək olan müddət ərzində NATO-nun üzvü olan dövlətlərin sayı, alyansa Varşava Müqaviləsi Təşkilatı ölkələri və keçmiş sovet respublikaları - Estonya, Latviya və Litvanın qoşulmasından sonra 16-dan 28-dək yüksəldi.

ABŞ və NATO qüvvələrinin Rusiya sərhəddi yaxınlığında yerləşdirilməsi Rik Rozofun izah etdiyi kimi, Avropadakı adi silahlı qüvvələrin məhdudlaşdırılmasına dair 1991-ci ildə bağlanmış müqaviləni pozur. Bu müqavilə bir çox adi hərbi avadanlıqların həmin nəzərdə tutulmuş ərazilərdə yerləşdirilməsinə qadağa qoyur. Vaşinqton bu ərazilərdən hərbi bazalar və raket əleyhinə müdafiə sistemlərinin ilk mərhələsi kimi, regional hərbi patrul xidməti kimi istifadə edir.

Bu nəhəng hərbi alyansın Estoniya, Latviya, Litva və Polşa kimi yeni üzvləri NATO və Pentaqonun xarici ölkə ərazilərində aparacaqları müharibələrə hazırlıq üçün təlim meydançasına çevriliblər. Bununla yanaşı daimi olaraq keçirilən iri miqyaslı hərbi təlimlər, ehtimal edilən Üçüncü Dünya Müharibəsi çərçivəsində Rusiya ilə potensial qarşıdurmaya hazırlıq mərhələsi kimi qiymətləndirilir.

NATO-nun böyük saydakı hərbi birləşmələri və onların Rusiya sərhədi yaxınlığında keçirdikləri təlimlər ilə kimi istəsəniz qorxutmaq olar. Keçən ilin yazında NATO baş katibi Yens Stoltenberq bildirmişdi ki, Rusiya ilə münasibətlər çox güclü kollektiv münasibətlər tələb edir. Onun bu sözlərinin kod açılışı Rusiya ilə müharibə qarşıdurmasına hazır olmaq mənasına gəlmirmi?

Bu yaxınlarda Rusiyanın ingilis dilində yayımlanan “Russia Today İnternational” televiziya kanalında Almaniyanın “Deutsche Wirtschafts Nachrichten” qəzetində gedən məqaləni müzakirə ediblər. Həmin qəzetdə deyilir ki, Vaşinqton Pribaltikada Rusiya ilə hibrid müharibəsinə hazırlaşır. Onlar sübut kimi qeyri-requlyar ordu birliklərinin yerləşdirilməsini və əlavə olaraq isə sabitliyin pozulacağı, təxribatçı mitinqlərin və kiber hücumların həyata keçiriləcəyinə dair məlumatlar dərc ediblər. Müzakirə iştirakçılarının fikrinə görə, Ukraynada Vaşinqton tərəfindən dəstəklənən dövlət çevrilişi və bunun ardınca Kiyevin Donbasa hücümuna bəraətin qazandırılması üçün baş verən hər şeydə Moskvanın günahlandırılması siyasəti aparılır və digər yandan isə Qərbin məmurları və KİV-ləri tərəfindən daima təkrarlanan yalanlar ABŞ-ın Çinlə birlikdəki əsas rəqibi Rusiyanı zəiflətmək və onu beynəlxalq aləmdən təcrid etmək məqsədi daşıyır.

Bəzi məlumatlara görə, ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Mişel Flaurney deyib ki, Rusiyanın Ukraynaya soxulması, Amerikanı öz köhnəlmiş planına yenidən baxmağa məcbur edib.

“Deutsche Wirtschafts Nachrichten” qəzeti iddia edir ki, Rusiya təhlükəsi barəsində daimi xatırlatmalar, böyük saydakı Amerikan hərbçilərinin Şərqi Avropada yerləşdirilməsinə və həmçinin də onların Rusiya sərhədləri yaxınlığında geniş miqyaslı təlimlər keçirməsinə haqq qazandırmaqdan ötrü istifadə edilir. Qəzet daha sonra qeyd edir ki, aparılan bu təbliğat NATO üzvlərinin müdafiə xərclərinin artırılmasına yönəlib.

Almaniyanın “ZDF” telekanalı məlumat verib ki, ABŞ “Byüxel” aviabazasında böyük gücə malik “B61” termonüvə bombası yerləşdirməyi planlaşdırır. Bu nüvə silahı saxlanılan yeganə alman hərbi bazasıdır. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məsələ ilə əlaqədar olaraq deyib: ”Vaşinqtonun bu cür hərəkətləri Avropadakı balansı pozur. Sözsüz ki, bütün bunlar Rusiyadan pariteti bərpa etmək üçün müvafiq addımların atılmasını tələb edir”.

Rusiya hərbi diplomatları içərisindəki mənbələrdən biri deyib ki, Moskva Amerikanın bu cür hərəkətlərinə qarşı, Rusiyanın Şərqi Avropadakı Kalininqrad vilayətində operativ-taktiki “İskander M” raket komplekslərinin yerləşdirilməsi ilə cavab verə bilər. Həmin mənbənin sözlərinə görə, yekun qərar potensial təhlükənin detallı analizindən sonra veriləcək.

2010-cu ildə Bundestaqın müxalifətdən olan deputatları ABŞ nüvə silahının Almaniyadan çıxarılmasına çağırırdılar. Həmin zaman Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer bildirirdi ki, nüvə silahsızlaşdırılmasının vaxtı gəlib çatıb. Ümumiyyətlə isə ictimai fikrin öyrənilməsi onu göstərir ki, vətəndaşlar ölkələrinin ərazisində nüvə silahına qarşı mənfi münasibət bəsləyirlər.

Almaniya müdafiə nazirinin keçmiş stats katibi Villi Vimer “ZDF” kanalına söyləyib ki, Vaşinqtonun ”Byüxel” bazasına “B61” bombası yerləşdirmək planı Rusiyaya qarşı yeni hücum variantı deməkdir. Bu, düşünülmüş anti-Rusiya təxribatıdır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “ZDF”-ə deyib: ”Vəziyyətin kompleks analizi göstərir ki, təhlükəni NATO-nun öz güc potensialını artırması törədir”.

ABŞ Avropanın ərazisində nüvə silahı yerləşdirməklə, qeyri-nüvə dövlətlərində nüvə silahının yerləşdirilməsini qadağan edən beynəlxalq müqavilənin şərtlərini pozur. Nüvə silahının birbaşa ABŞ-ın nəzarətində olması barəsində Vaşinqtonun verdiyi bəyanat inandırıcı səslənmir. Burada ən başlıca məsələ həmin nüvə silahından istifadə edilməsi və nüvə müharibəsinin başlanması riskidir ki, dünya liderləri nəyin bahasına olursa olsun, bundan qaçamlıdırlar.

(“Global Research” -Kanada)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar