Telman İsmayılov Ajda Pekkanı arvadının ad günündən qovdu

“Budur Superstar?! Budur Ajda Pekkan?! Bu qadını səhnədən düşürün!"

Azərbaycanlı biznesmen, Antaliyadakı “Mardan Palace” otelinin sahibi Telman İsmayılov məşhur türkiyəli müğənni Ajda Pekkanı təhqir edib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, biznesmen həyat yoldaşı Samirənin doğum gününü qeyd etmək üçün ötən çərşənbə günü “Mardan Palace”da 60 nəfərlik ziyafət təşkil edib. İş adamı özəl gecədə çıxış etməsi üçün Ajda Pekkanı dəvət edib.

Telman İsmayılov superstara gecədə səhnəyə çıxması üçün 300 min lirə ödəyib, lakin onun performansını bəyənməyib. Belə ki, superstar gecədə mahnılarının əksəriyyətini səsləndirib. Lakin onuncu mahnısını ifa edərkən İsmayılov bir anda əsəbləşərək masadan qalxıb və “Budur Superstar?! Budur Ajda Pekkan?! Bu qadını səhnədən düşürün!" - deyərək kobudluq edib.

Qonaqlar işadamının bu hərəkətinə xeyli təəccüblənsələr də İsmayılov müğənnini təhqir etməyə davam edib. Ajda Pekkan biznesmenin belə bir hərəkəti niyə etdiyini anlamayıb. Köməkçisi onu səhnədən düşürəndən sonra çamadanlarını yığaraq oteli tərk edib.

Türkiyə mətbuatı Telman İsmayılovun bu hərəkətini tərbiyəsizlik adlandırraq “Pekkan Star kimi gəldiyi "Mardan Palace"dan yenə Star kimi çıxdı” deyə şərh edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar