"Azəri qızı" Günelə 6 ay həbs cəzası verilib- YENİLƏNİB

Günel Zeynalova eks sevgilisi Rza Zərrabı “qafasına sıxacağam” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.

Hakim Günelin hədə-qorxu gəldiyinə görə 6 ay azadlıqdan məhrum edilməsinə, yenidən cinayət işləməyəcəyi istiqamətdə qənaət hasil olduğundan qərarın açıqlanmasının təxirə salınmasına qərar verib.

Günel, daha öncə Zərrab ilə aralarında keçən telefon danışıqları razılığı olmadan ifşa etdiyi səbəbilə “Xəbərləşmənin gizliliyini pozmaq” cinayətindən də 9 ay müddətinə həbs cəzasına məhkum edilmiş, bu qərarın da açıqlanması təxirə salınmışdı.

---

ürkiyədə yaşayan Günel Zeynalovanın həbs olması barədə sənətçinin atası ANS PRESS-ə açıqlama verib. Rəhman Zeynalov bildirib ki, bu cür söz- söhbətlərin əsası yoxdur.

“Həbs nədir axı, səhər-səhər yatmışıq hər kəs zəng vurub bizi axtarır. Kim bu xəbərləri çıxardır xəbərimiz yoxdur, qardaşım səhər tezdəndən bizə xəbər verib ki, belə bir söz-söhbət yayılıb. İki gündür Bakıdan qayıtmışıq, albom hazırlığı ilə məşğuluq", - deyə Günelin atası bildirib.

Rəhman Zeynalov qeyd edib ki, Türkiyə mətbuatında yazıldığı kimi məhkəmə belə olmayıb. Bunlar hamısı 5 il əvvəl baş verən söhbətlərdir: ”Bu 5 il bundan qabaq gedən məsələdir, o vaxt bizə şər atmışdılar. Rza hara biz hara hamısı boş söhbətlərdir. O vaxt Günel Rza Zərrabın sürücüsünə demişdiki "get patronuna de məndən əl çəksin yoxsa başına limon sıxaram" (gülür). Onuda o mənada deyib ki, yani turşuyarsan məndən uzaq gəz”.

Atası bildirib ki, Günel gələn həftə türk müğənni Gülbən Ərgənin proqranının qonağı olacaq və proqrama hazırlaşılr.

“Mən özüm Türkiyə mediası ilə əlaqə saxlayıb məsələni araşdıracam nəyə görə bunu yazıblar"

Xatırladaq ki, gecə Türkiyə mətbuatında Günel Zeynalovanın eks sevgilisi Rza Zərrabı “başından güllələyərəm” sözlərini deyərək ölümlə hədələdiyi iddiasına görə mühakimə olunduğu xəbəri yayılıb. Məlumatda müğənniyə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyi deyilirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar