OBAMANIN DÜNYANI SİLKƏLƏYƏN ÇIXIŞI - Tam mətn

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley toplantısında ABŞ prezidenti Barak Obama çıxış edib. Hazırda bir çox mətbuat orqanları Obamanın çıxışından ayr-ayrı epizodları təqdim edirlər. 

Strateq.az-a istinadla ABŞ prezidentinin bütün dünyada diqqətlə izlənən və gələcəyin siyasətini müəyyən etmək baxımından böyük rezonans doğuran həmin çıxışın Azərbaycan dilinə tərcümə edilmiş (Tərcümə Strateq.az-ın əməkdaşı Fərzuq Seyidbəyliyə məxsusdur-red.) tam mətnini təqdim edirik:

Cənab Sədr, cənab Baş katib, cənab nümayəndələr, xanımlar və cənablar!

Biz ildə bir dəfə burada toplaşırıq ki, bu qurumun təsisçilərinin ideyasını yenidən təsdiq edək. Yazılı tarixin xeyli hissəsində  insanların ümidləri müstəbidlərin və imperiyaların şıltağından asılı idi. İrqi, dini, qəbilə mübahisələri qılıncların cingltisi və orduların döyüşü ilə həll olunub. Heç kimin ağlına gəlməzdi ki, xalqlar öz mübahisələrini həll etmək və hamı üçün tərəqqi təmin etməkdən ötrü dinc şəkildə toplaşacaqlar. Düşüncəmizin dyişilməsi üçün iki dünya müharibəsinin son dərəcə böyük əzabları lazım gəldi. Birləşmiş Millətlər Təşkilatını yaratmış ölkələrin liderləri sadəlövh adamlar deyildi: onlar gözləmirdilər ki, yeni qurum müharibələrə həmişəlik son qoyacaq. Lakin milyonlarla həlak olanlar, dağılan qitələr, xarabalıqlarda qalanlar və planeti bütünlüklə külə döndərməyə qabil olan nüvə silahının meydana çıxması onları əmin etdi ki, hadisələrin o zamankı gedişatında insanlığın yaşaması üçün heç bir şansı qalmayıb. Və onlar o zaman bizə bu qurumu bəxş edərək ümid etdilər ki, münaqişələri həll etməyimizə, davranış qaydalarını gözləməyimizi tələb etməyə və zaman keçdikcə güclənəcək əməkdaşlıq vərdişlərini mənimsəməyimizə kömək edər.

Həqiqətən də, on illər keçəndən sonra BMT xəstəliklərin kökünü kəsməyə, uşaqlara təhsil verməyə, sülh haqda razılığa gəlməyə yardım edib insanların həyatını yaxşlığıa doğru dəyişməyi bacardı.

Lakin liderlərin əvvəlki nəslində olduğu kimi, bizim də qarşımızda lap yeni və daha dərin çağırışlar durur və BMT yeni-yeni sınaqlara məruz qalır. Qarşımızda sual durur: biz – millətlər, dövlətlər və beynəlxalq ictimaiyyətin üzvləri bu çağırışları qarşılamaqdan ötrü yetərincə müdrikliyə və cəsarətə sahibikmi və BMT bizim günlərin yeni sınaqlarına tab gətirəcəkmi?

Prezident postunda olduğum müddətin böyük hissəsinin ən ciddi çağırışları getdikcə daha da inteqrasiya olunan qlobal iqtisadiyyata və həyatımızdakı ən ağır böhrandan sonra bərpaya nail olmaq cəhdlərimizə aid idi. Hazırda qlobal iqtisadiyyatın kollapsından beş il keçəndən sonra və nümayəndələri bu gün bura toplaşmış ölkələrin uzlaşdırılmış fəaliyyəti sayəsində yeni iş yerləri yaradılır, qlobal maliyyə sistemləti sabitləşir və daha çox insan yoxsulluğun girdabından çıxmağa nail olur. Lakin bu tərəqqi kövrək olaraq qalır və hamıya eyni dərəcədə yayılmır. Həm də hamımızın qarşısında hələ olduqca çox iş görmək durur ki, XXI əsrdə ləyaqətlə yaşamaq üçün ölkələrimizin vətəndaşları qarşısında onlara lazım olan imkanlar açılsın.

Biz həmçinin birgə səylərimizlə tam onillərlə davam edən müharibələrə son qoymağı bacardıq. 180 min amerikalı beş il öncə döyüş meydanında məhrumiyyətə məruz qaldı, İraqdakı müharibə isə bizim qalan dünya ilə münasibətlərimizdə başlıca məqam idi. Bu gün bütün əsgərlərimiz İraqdan çıxıblar. Beynəlxalq koalisiya gələn il 2001-ci il senyabrın 11-də bizə hücum etmiş “Əl-Qaidə”nin Əfqanıstandakı nüvəsinin məhvi üzrə müharibəsini başa çatdıracaq.

Bu yeni şərait Birləşmiş Ştatlar üçün həmçinin fasiləsiz hərbi əməliyyatlardan imtinanı bildirir.

Biz təkcə əsgərlərimizi evə qaytarmadıq, həmçinin ABŞ üçün davamlı, birbaşa təhlükə olan, əsir götürməyin mümkünsüz olduğu, dinc əhali arasında qurbanların praktik olaraq istisna edildiyi hallarla pilotsuz uçuş qurğularının tətbiqini məhdudlaşdırdıq.

Biz dustaqları xarici ölkələrə köçürür, terrorçuları məhkəməyə verir, Quantanamoda həbsxananın bağlanması üzərində fəal şəkildə işləyirik. Həm də bizim nəhəng hərbi imkanlarımızın istifadəsini ideallarımızla uyğunluğa gətirməklə vətəndaşlarımızın və müttəfiqlərimizin qanuni təşvişini bütün vətəndaşların şəxsi məlumatlarının müdafiəsi tələbləri ilə uyğunlaşdırmağa cəhd edib, kəşfiyyat informasiyası toplamağın üsullarını yenidən nəzərdən keçirməyə başladıq. Bu iş və müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlıq sayəsində dünyada sabitlik beş il öncəkindən etibarlı oldu. Lakin xəbərlərin başlıqlarına göz yetirmək kifayətdir ki, təhlükənin hələ çox olduğuna əmin olasan.

Terorçular Keniyada izdihamlı ticarət mərkəzində müdafiəsiz müştərilərə atəş açlblar və zərərçəkənlərin ailələrinə səmimi şəkildə başsağlığı veririk.

Pakistanda bu günlərdə kilsənin yaxınlığında yüzə yaxın adam terrorçu-kamikadzelərin əlindən həlak olub. Həm də “Əl-Qaidə” hazırda regional bölmələrə və dəstələrə parçalanıb. O, bizi daha 11 sentyardakı kimi həmlələrlə təhdid edə bilməsə də, bütün dünya üzrə hökumətlərə və diplomatlara, biznesmenlərə və dinc vətəndaşlara ciddi təhlükə təşkil edir.

Digər önəmli hadisə Yaxın Şərqdə və Quzey Afrikada köhnə quruluşun dağılması və insanların onun yerinə nəyin gəldiyini anlamaq cəhdi fonunda cəmiyyətlər arasındakı dərin ziddiyyətləri aşkara çıxardan coşqun hadisələr oldu. Dinc etirazlar həm dəyişikliklərə qarşı çıxanlar, həm də dəyişiklikləri öz xeyrinə çevirmək istəyənlərin zorakılığı ilə tez-tez üzləşir. Dinlərarası toqquşmalar yenidən tüğyan edir. Sülhün bərqərar olması perspektivləri kütləvi qırğın silahının yayılma təhlükəsi ilə tutqunlaşır. Bu tendensiyaların üst-üstə düşməsi heç yerdə Suriyadakı kimi bu qədər parlaq şəkildə təzahür etmir. Bu ölkədə avtoritar rejim dinc etiraz nümayişlərinə repressiya və kütləvi qətllərlə cavab verdi. İnsanların əksəriyyəti - ələvilər, sünnnilər, xristianlar və kürdlər - bu cür qəddarlığın qarşısında öz dini mənsubiyyətlərində dayaq axtarmağa başladı və durum vətəndaş müharibəsinə keçdi. Beynəlxalq ictmaiyyət bu mübarizədə tariflərin nə dərəcədə yüksək olduğunu olduqca tez dərk etdi, lakin bizim cavab hərəkətlərimiz qarşıdakı təhlükənin səviyyəsinə uyğun gəlmədi.Humanitar əməliyyatlar öz evlərindən qovulmuş və yaralanmış insaların əzablarına dəymir. Sülh prosesi dalana dirəndi. Amerika və digər ölkələr mötədil müxalifəti dəstəkləməyə cəhd etdi, lakin ekstremist qurumlar da böhrandan öz maraqları üçün istifadə etməyə çalışır. Əsədin ənənəvi müttəfiqləri suverenlik prinsipinə isnad edib onun rejiminə dəstək verir və müdafiə edir. Rejim avqustun 21-də isə kimyəvi silahı işə saldı, bu zaman mindən çox adam, o cümlədən yüzlərlə uşaq həlak oldu.

Suriyada indiki böhran və bütün bölgənin sabitsizləşdirilməsi – beynəlxalq ictmaiyyətin cavab verməli olduğu geniş çağırışları müəyyən edən mərkəzi problemlərdir. Yaxın Şərqdə və Quzey Afrikada münaqişələrə - ölkələr arasındakı, lakin eyni zamanda hər bir ölkənin daxilindəki münaqişələrə necə cavab verməliyik? Uşaqların sinir iflici qazından necə həlak olduğunu soyuqqanlılıqla müşahidə edəcəyikmi, yoxsa özgə bir vətəndaş müharibəsinin ortasınamı atılacağıq? Mübahisələrin həllində, bölgənin sabitliyini təhdid edən və sivil davanışın bütün təməl normlarını pozan güc əməliyyatlarına hansı rol ayırmaq lazımdır? BMT və beynəlxalq hüquq ədalətə çağıranların fəryadına necə cavab verməlidir?

Mən bu gün bu məsələlər üzrə Birləşmiş Ştatların mövqeyini şərh etmək istəyərdim.

Biz Suriyaya nisbətdə hesab edirik ki, beynəlxalq ictimayyət yollanma nöqtəsi qismində kimyəvi silahlardan istifadə yasağını gücləndirməlidir. Mən kimyəvi silahdan həyasızcasına istifadəyə cavab olaraq, Əsəd rejiminə məhdud zərbə endirmək niyyətimi açıqlayarkən, bu, asan qərar deyildi.Mən Birləşmiş Millətlər Təşkilatının yaranmasına qədər meydana çıxmış qadağanın şüurlu şəkildə sərtləşdirilməsinin Birləşmiş Ştatların təhlükəsizlik maraqları və bütün dünyanın mənafeyini ifadə etdiyinə əminliyim üzündən bu qərara gəldim. Kimyəvi silahın tətbiqinə qadağa – hətta müharibə şəraitində də - bəşəriyyətin 98%-nin dəstəyi ilə qəbul edilib. O, səngərlərdə boğulan əsgərlər, qaz kameralarında məhv edilən yəhudilər, zəhərlənmiş on minlərlə iranlı haqda dəhşətli xatirələrlə əsaslandırılıb. 

Əsəd rejiminin avqustun 21-də kimyəvi silah tətbiq etdiyini göstərən çoxlu sübutlar var. BMT müfəttişləri modernləşdirilmiş raketlərin dinc sakinlərə qarşı külli miqdarda zarin buraxdığı haqda dəqiq məruzə təqdim ediblər. Bu raketlər rejimin nəzarəti altında olan bölgədən buraxılıb və müxalifətin tutduğu mövqelərə düşüb. Hücumun Əsəd rejimi tərəfindən deyil, daha kiminsə həyata keçirtdiy haqda fərziyyə insan zəkasına və bu qurumun legitimliyinə təhqirdir.

Mən bilirəm ki, hücumdan sonrakı ilk dövrlərdə Təhlükəsizlik Şurasının konkret mandatı olmadan hətta məhdud zərbənin legitimliyini şübhə altına alanlar da tapıldı. Lakin Təhlükəsizlik Şurası gerçək hərbi təhlükə olmadan hərəkət etməyə heç bir cüzi istək sərgiləmədi.

Eyni zamanda, prezident Putinlə il ərzində və bu yaxınlarda Sankt-Peterburqdakı görüşdə artıq müzakirə etdiyim kimi, mən həmişə məsələnin diplomatik həllinə üstünlük vermişəm. Və son bir neçə həftədə ABŞ, Rusiya və bizim müttəfiqlərimiz Suriyada kimyəvi silahın sonradan məhv edilməsi üçün onun üzərində beynəlxalq nəzarətin təyini üçün razılıq əldə edib. Suriya hökuməti ehtiyatlarının siyahısını təqdim edərək ilk addımını atdı. İndi Əsəd rejiminin öz öhdəliklərini yerinə yetirdiyini yoxlamaq və yerinə yetirilmədiyi halda zəruri tədbirlərin görülməsi üçün Təhlükəsizlik Şurasının cəsarətli qətnaməsi olmalıdır. Əgər biz hətta bu cür məsələ üzrə razılığa gələ bilmiriksə, bu o deməkdir ki, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq hüququn hətta ən elementar normalarına əməl edilməsinə nəzarət etməyi də bacarmır.

Digər tərəfdən, biz müvəffəqiyyət əldə etsək, bu, XXI əsrdə kimyəvi silahın tətbiqinə yer olmadığı və BMT-nin byannamələrinin onun fəaliyyəti ilə uyğun olduğu haqda güclü siqnal verəcək. Kimyəvi silah üzrə saziş Suriyada siyasi nizamlama məqsədilə daha önəmli diplomatik səyləri fəallaşdırmalıdır.

Mən hesab etmirəm ki, hərbi əməliyyatlarla – Suriyanın daxilində və yaxud xarici güclərin müdaxiləsi zamanı – etibarlı sülhə nail olmaq mümkündür. Mən həmçinin hesab etmirəm ki, Suryanın rəhbərliyində kimin oalcağını Amerika və yaxud istənilən başqa bir millət müəyyən etməlidir: bu qərar Suriya xalqında qalır. Bununla belə, öz vətəndaşlarını öldürən və uşaqları öldürücü qazla məhv edən lider öz hakimiyyətinin legitimliyinin bərpasına iddialı və hissələrə parçalanan ölkəyə başçı ola bilməz! Suriyanın savaşa qədərki status-kvonu hansı üsullasa qaytara biləcəyi haqda söhbət də ola bilməz!

Rusiya və İranın başa düşməyinin vaxtı çatıb ki, Əsədin hakimiyyətini müdafiə etməklə qorxduğu nəticəni qazanır: zorakı ekstremistlər üçün fəaliyyət meydanının genişləndirilməsini. Öz növbəsində, bizlərdən mötədil müxalifətə dəstəyi davam etdirənlər onu inandırmalıdırlar ki, Suriya xalqı dövlət institutlarının dağılmasına yol verə bilməz və ələvilərin və digər azlıqların qanuni təşvişinə, qorxusuna diqqətli olmadan, siyasi nizamlama əldə edilə bilməz!

Biz bu siyasi yöndə işləməyə hazırıq. Həm də nizamlama üzrə işi davam etdirməklə, gəlin, unutmayaq ki, bu, sıfır məbləğli oyun deyil. Biz daha "soyuq müharibə" aparmırıq. Burada udulması mümkün olan“Böyük oyun” yoxdur və Amerikanın Suriyada onun xalqına rifah, qonşuları üçün sabitlik, kimyəvi silahın ləğvindən başqa heç bir marağı və Suriyanın terrorçular üçün sığınacaq olmasına yol vermək niyyəti yoxdur.

Mən Suriyada vətəndaş müharibəsinin dinc nizamlamasına səbəb olan bütün ölkələrin fəaliyyətini alqışlayacağam. Həm də Cenevrə prosesi əsasında irəli gemək üçün bütün millətləri fəal şəkildə Suriyada və qonşu ölkələrdə humanitar problemlərin həllinə qoşulmağa  çağırıram. Amerika bu səylərə bir milyard dollardan çox pul qoymağı öhdəsinə götürüb. Bu gün isə məlumat verə bilərəm ki, əlavə daha 340 milyon dollar ayırırıq. Heç bir yardım Suriya xalqına öz ölkəsini bərpa etmək imkanı verən siyasi qətnamə ilə müqayisə oluna bilməz, lakin ümidini itirmiş insanlara yaşamaqda kömək edə bilər.

Amerikanın Suriyaya nisbətdə siyasətindən daha geniş planda hansı nəticələr çıxarmaq olar? Mən bilirəm, Əsədin devrilməsi üçün hərbi gücdən istifadə etmək istəksizliyimiz kimlərisə məyus edib; onlar hesab edirlər ki, bu, bölgədə Amerika qətiyyətinin zəifləməyi olar.

Başqaları deyirlər ki, kimyəvi silahın sonrakı tətbiqinə yol verməmək üçün mənim tərəfimdən hətta məhdud hərbi zərbələr endirməyə hazır olmaq ondan xəbər verir ki, biz İraqdan ibrət dərsi götürməmişik və Amerika öz maraqları naminə Yaxın Şərqə nəzarətə nail olmağa davam edir.

Beləliklə, Suriyadakı durum bölgədə on illərlə davam edən ziddiyyətləri əks etdirir: Birləşmiş Ştatları bölgəyə müdaxilədə qınayır, mümkün hər cür sui-qəsdlərə qatılmaqda ittiham edir və eyni zamanda bölgənin problemlərinin həlli üçün yetərincə iş görməməkdə, həmçinin müsəlman əhalinin əzablarına laqeydlikdə suçlayırlar.

Mən anlayıram ki, Amerikanın dünyada rolu nəzərə alınmaqla yuxarıda deyilənlərdən nələrsə labüddür. Lakin bu cür zidd əhvali-ruhiyyələr bölgənin məsələlərində iştirakımıza Amerika vətəndaşlarının dəstəyinə praktik təsir edir və bölgə liderlərinə, bəzən isə beynəlxalq ictimaiyyətə çətin vəzifələrin həllindən özlərini kənarlaşdırmağa imkan verir. Buna görə də imkandan istifadə edib, ABŞ-ın Yaxın Şərq və Quzey Afrika üzrə indiyə qədər apardığımız - və nə qədər ki prezident postunda qalıramsa, aparacağım - siyasətini ifadə etmək istərdim.

ABŞ bölgədə öz maraqlarını müdafiə etmək üçün, hərbi güc daxil olmaqla, öz nüfuzunun qorunması bütün ünsürlərindən istifadə etməyə hazırdır.

Fars körfəzindəki müharibədə etdiyimiz kimi müttəfiqlərimizə və tərəfdaşlarımıza qarşı xarici təcavüzə cavab verəcəyik.

Biz enerji resurslarının bölgədən dünyanın başqa ölkələrinə azad şəkildə çatdırılmasını təmin edəcəyik. ABŞ-ın idxal neftindən asılılığı sabit şəkildə azalsa da, dünya hələ də bu bölgədən enerji resurslarının tədarükündən asılıdır və ciddi fasilələr bütün kürəsəl iqtisadiyyatı sabitsizləşdirməyə qabildir.

Biz vətəndaşlarımızı təhdid edən terrorçu şəbəkələri məhv edəcəyik.

Harada mümkündürsə, tərəfdaşlarımızın potensialını artıracaq, millətlərin suverenliyini gözləyəcək və terrorun ilkin səbəbinin aradan qaldırılması üzərində işləyəcəyik. Lakin ABŞ-ı terrorçu hücumlardan qorumaq tələb edilərsə, birbaşa fəaliyyətə keçəcəyik.

Və nəhayət, biz nüvə silahının hazırlanması və tətbiqinə dözməyəcəyik!

Suriyada kimyəvi silahın təbiqinə milli maraqlarımıza təhdid olaraq yanaşdığımız kimi, bölgədə qızğın nüvə silahlanmasına şərait yaradacaq və beynəlxalq yayılmama rejimini pozacaq nüvə silahının hazarlanmasını rədd edirik.

Həmçinin demək istəyirəm ki, bunlar həlledici olsa da, ABŞ təkcə bu maraqlarla kifayətlənmir. Biz dərindən əminik ki, Yaxın Şərqi və Quzey Afrikanı sülh və tərəqqi içində görmək bizim marağımızdadır. Buna görə də demokartiyanın inkişafı, insan haqlarına əməl edilməsi və açıq bazar prinsipini təşviqə davam edəcəyik. Çünki inanırıq ki, bu, barışıq və tərəqqi gətirər. Lakin həm də hesab edirəm ki, ABŞ-ın birtərəfli, xüsusən də hərbi fəaliyyəti ilə bu hədəflərə çətin çatmaq olar. İraq bizə göstərdi ki, demokartiyanı sadəcə güclə quraşdırmaq olmaz. Xatırladılan məqsədlərə beynəlxalq ictimaiyyətlə, bölgənin ölkələri və xalqları ilə tərəfdaşlıqda daha tez yetişmək olar.

Bəs bu, bizim sonrakı planlarımıza necə təsir edir? Ən yaxın vaxtlarda Amerika diplomatiyasının səyləri iki konkret problemə cəmləşəcək: İranın nüvə silahı istehsalına və ərəb-İsrail münaqişəsinə. Bunlar bölgədəki çətinliklərin bütün səbəblərini tükətmir, lakin xeyli müddət sabitsizliyin əsas qaynalaırndan biri olub. Buna görə də onalırn həlli daha etibarlı sülhün əsasını qoya bilər.

ABŞ və İran 1979-cu il İslam inqilabından başlayaraq, bir-birindən təcrid vəziyyətində qalıb. Bu inamsızlığın kökləri dərindir. İranlılar ABŞ-ın onların işlərinə müdaxiləsi və "soyuq müharibə" dönəmində İran hökumətinin devrilməsində Amerikanın rolu əhvalatı ilə bağlı çoxdan narazılıq ifadə edirlər.

Digər tərəfdən, amerikalılar gördülər ki, İran hökuməti ABŞ-ı necə öz düşməni elan edir və birbaşa və yaxud öz əlaltıları vasitəsilə amerikalıları girov götürür, Amerika əsgərlərini və mülki şəxsləri öldürür, müttəfiqimiz İsraili məhv etməklə təhdid edir.

İnanmıram ki, bu çətin durumu bir günə dəyişmək olar: şübhələr hədsiz dərəcədə möhkəmdir.Lakin əminəm ki, İranın nüvə proqramı problemini həll edə bilsək, yeni münasibətlər - qarşılıqlı maraq və sayğıya əsaslanan münasibətlərlə üzləşməyə uzun yolda böyük bir addım atacağıq.

Mən vəzifəyə başlayarkən, İranın Ali rəhbərinə, bu yaxınlarda isə prezident Ruhaniyə aydın şəkildə işarə vurdum ki, Amerika bizi rahatsız edən problemi dinc yolla həll etməyə üstünlük verir, lakin İranın nüvə silahı istehsalına imkan verməməyə qəti şəkildə köklənmişik. Biz rejimin dəyişilməsinə cəhd etmir və İran xalqının dinc atom haqqına sayğı göstəririk. Lakin nüvə silahının yayılmaması Müqaviləsi və BMT TŞ-nın qətnaməsi çərçivəsində İranı öz öhdəliklərinə əməl etməyə təkid edirik. Qeyd etmək lazımdır ki, Ali rəhbər nüvə silahnın hazırlanmasını qadağan edən fitva verib. Prezident Ruhani isə bu yaxınlarda təkrar etdi ki, İslam Respublikası heç zama nüvə silahı istehsal etməyəcək.

Hökumətlərimizdən qaynaqlanan bu açıqlamalar dolğun  müqavilənin əsasında durmalıdır. Biz İran xalqının hüququna hörmət bəsləyəcək və eyni zamanda İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığı haqda bütün dünyada əminlik yaradacaq razılığa gəlməliyik. Lakin bu cür uğura nail olmaq üçün sülh haqda sözlər şəffaf və yoxlanılan fəaliyyətlə möhkəmləndirilməlidir.

Son nəticədə məhz İran hökumətinin kursu indiki anda qüvvədə olan  miqyaslı sanksiyalara gətirib çıxartdı. Həm də bu, sadəcə, ABŞ-la İran arasında münaqişə deyil. Dünya ictimaiyyəti əmin ola bildi ki, İran keçmişdə öz öhdəliklərinin icrasından boyun qaçırtdı. Buna görə də dünya ictimaiyyəti dərindən maraqlıdır ki, İran gələcəkdə öz öhdəliklərinə əməl edəcəyini təmin etsin. Lakin qeyd etmək istəyirəm ki, prezident Ruhaninin daha mötədil kurs yürütmək üçün İran xalqından mandat alması faktı bizi ruhlandırır. Prezident Ruhaninin razılığa gəlmək hazırlığı nəzərə alınmaqla Con Kerriyə tapşırıram ki, Avropa Birliyi – Böyük Britaniya, Fransa, Almaniya, həmçinin Rusiya və Çinlə sıx əməkdaşlıqda İran hökuməti ilə bu yöndə fəaliyyət göstərsin. Maneələr çətinliklə dəfedilən görünə bilər, lakin mən qəti şəkildə buna inanıram ki, diplomatik üsulu sınamağımız lazımdır. Həm də status-kvo İranın təcridini ağırlaşdırsa, onda onun başqa yolla getməyə səmimi hazırlığı bütün bölgəyə və bütövlükdə bütün dünyaya əlverişli təsir göstərər və İran xalqına kommersiya və mədəniyyətdə, elm və təhsildə qeyri-adi potensialını gerçəkləşdirməkdə kömək edər.

Biz həmçinin bizm İranla fikir ayrılıqlarımızdan daha çox uzanan münaqişəni - fələstinlilərlə israillilər arsndakı münaqişəni də həll etmək qətiyyəti ilə köklənmişik. Mən aydın şəkildə anlamağa imkan verdim ki, ABŞ heç vaxt nə İsrailin təhlükəsizliyi üzrə öz öhdəliklərindən imtina edəcək, nə də yəhudi dövlətinin varlığına dəstəkdən.

Bu il əvvəllər Yerusəlimdə sülhün gərərkli, haqlı və mümkün olduğu haqda öz qənaətlərini müdafiə edən gənc israillilərin nümunəsi məni ruhlandırdı. Və mənim fikrimcə, İsarildə Qərb Sahilin işğalının yəhudi dövlətinin demokratik xarakterini sarsıtdığının dərki artmaqdadır. Lakin İsrailin oğul və qızlarının xalqları bu zalda təmsil olunan, onların ölkəsini tam şəkildə qəbul edən dünyada, onların evlərini raketlə atəşə tutanlara və yaxud başqalarını nifrətə təhrik edənlərə birmənalı şəkildə “yox” dediyimiz dünyada yaşamaq haqqı var.

ABŞ həmçinin Fələstin xalqının öz suveren dövlətində layiqli və təhlükəsiz həyat hüququnu qəbul edir. Həmin səfərin gedişində Ramallada səyləri və potenisalı millətlər cəmiyyətində qanuni yerinin olmadığından doğan inanılmaz ağrı ilə qüssəyə bürünmüş fələstinli gənclərlə görüşə bildim. Bu məsələdə onların tərəqqiyə şübhəli münasibətini anlamaq olar: onların ailələri hər gün işğal edilmişlərin rəzil durumunda yaşamalı olur. Lakin onlar eiraf edirlər ki, yeganə gerçək yol – iki dövlətdir. Çünki həm Fələstin xalqı öz yerində qalmalıdır, həm də İsrail həmişəlik burada qalacaq. Buna görə də bütün beynəlxalq cəmiyyətin sülhün bərqərar edilməsinə fəal şəkildə girişmək vaxtı çatıb. İsrail və Fələstin liderləri artıq öz üzərlərinə ciddi siyasi risk götürmək istəyi nümayiş etdiriblər. Prezident Abbas sülh proseinin mərhələlərindən yan keçmək cəhdlərindən imtina etdi və danışıqlar masasının arxasına qayıdır.

Baş nazir Netanyahu bir qrup fələstinli dustağı azad etdi və fələstinlilərin öz dövlətləriniə hüququnu təsdiq etdi. İndiki anda aparılan danışıqlar sərhədlərin statusu və təhlükəsizlik, qaçqınlar və Yerusəlimə aiddir. İndi qalan tərəflər də həmçinin öz üzərlərinə risk götürməyə hazır olmalıdır. İsrailin dostları, o cümlədən ABŞ qəbul etməlidir ki, demokratik və yəhudi dövləti kimi, İsrailin təhlükəsizliyi Fələstin dövlətinin yaranmasından asılıdır və bunu aydın şəkildə bildirməliyik. Ərəb ölkələri və fələstinliləri dəstəkləyənlər etiraf etməlidir ki, sabitliyi ancaq iki dövlətin varlığı və İsrailin təhlükəsizlik zəmanəti çərçivəsində təmin etmək olar.

Hamımız qəbul etməliyik ki, sülh bütün bölgədə terrorçulara qarşı etibarlı üsuldur və daha yaxşı gələcək quranlara dəstək verməliyik. Hətta israillilərlə ərəblər arasında ticarət eyni zamanda inkişafın hərəkətverici qüvvəsi də ola bilər və bölgədə bu qədər çox gəncin işsizlikdən əziyyət çəkdiyi indiki anda yeni imkanlar aça bilər. Gəlin, vərdiş etdiyimiz ittihamlar və mənfi düşüncələr küncündə gizlənməyi tərk edək. Gəlin, sülhə doğru bu çətin yolu keçməyə hazır olan İsrail və Fələstin liderlərinə dəstək verək.

Bu iki problemin – İranın nüvə proqramı və İsrail-Fələstin barışığı - həllində gerçək irəliləyiş bütün Yaxın Şərqə və Quzey Afrikaya dərin, müsbət təsir göstərərdi. Lakin “ərəb baharı”nın indiki qaynar hadisələri yadımıza salır ki, ədalətli və etibarlı sülh üçün təkcə ölkələr arasında razılaşma yetərli deyil. Bunun üçün həm də münaqişələri həll etməyi bacarmaq və dövlət daxilində ədaləti təmin etmək lazımdır. Və onda aydın olar ki, hamımızın qarşısında hələ çox iş var.

Tunis və Misirdə dinc keçid prosesləri başlayanda bütün dünya ümidlə dolu idi. Birləşmiş Ştatlar da digər ölkələr kimi bu dəyişikliklərin sürətindən təəccüblənsə də və onlar öz mövqeyimizi sırımasa da (sırıya bilməzdik də), biz dəyişikliklərə çağıranların tərəfində durduq. Keçid dövrünün uzunluğu və çətinliyinə baxmayaraq, demokratiya, aşkarlıq və insana sayğı  prinsipləri ilə qurulan cəmiyyətin ən nəhayətdə daha sabit, daha çiçəklənən və daha dinc olacağına inam bizi buna məcbur etdi.

Son illərdə xüsusən Misirdə gördük ki, bu keçid nə qədər çətin olur. Muhəmməd Mursi demokartik yolla seçilmişdi, lakin tam inklüziv (hamını əhatə edən, əhatəli – red.) şəkildə idarə etmək istəmədi və yaxud bacarmadı. Onun yerinə gələn keçid hökuməti inqilabın yolunu azdığını hesab edən milyonlarla misirlinin istəklərini ifadə etdi. Lakin bu müvəqqəti hökumət də inklüziv demokratiyanın prinsiplərinə uyğun gəlməyən qərarlar – fövqəladə durum haqda qanun, nəşr, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının azadlığının məhdudlaşdırılması - qəbul etməyə başladı.

Əlbəttə, Amerika da hər tərəfdən bu daxili münaqişənin hücum obyektinə çevrildi: onu eyni zamanda həm “Müsəlman qardaşlar”a dəstəkdə, həm də onların hakimiyyətdən uzaqlaşdırılmasını hazırlamaqda ittiham edirdilər. Əslində isə  ABŞ kiminsə tərəfini saxlamaqdan qəsdən imtina etdi. Biz son bir neçə ildə başlıca olaraq Misir xalqının iradəsini ifadə edən və demokratik dəyələri qəbul edən, insan hüquqlarına, qanunun aliliyinə, söz və toplantı azadlığına, güclü vətəndaş cəmiyyətinə sayğı göstərən legitim hökumətləri dəstəkləməyə cəhd edirik. Bu gün mövqeyimiz belə də qalır. Bundan sonra da belə hərəkət edəcəyik: ABŞ Kemp-Devid sazişi kimi həlledici müddəaları və terorçuluqla mübarizəni dəstəkləyən keçid hökuməti ilə konsruktiv münasibətlər saxlayacağıq. Bz Misir xalqına birbaşa fayda gətirən sahələrə, məsələn, təhsil sahəsinə dəstəyimizi davam etdirəcəyik. Lakin daha müəyyən hərbi sisteməri tədarük etməyəcəyik və bizim köməyimiz Misirin demokratik yolun sonrasına davam edib-etməməyindən asılı olacaq.

Bizim Misirə münasbətimiz daha geniş mövqeyimizi əks etdirir: ABŞ bəzən yüksək beynəlxalq gözləntilərə cavab verməyən (ən azı, bizim fikrimizcə), lakin həlledici maraqlarımız sahəsində bizimlə işləməyə hazır olan hökumətlə işləməyə hazır olacaq. Bununla belə, ideallarımızı ifadə edən prinsipləri - istər özgə cür düşüncənin boğulmasından imtina olsun, istəsə də insan haqlarının Ümumi Bəyannaməsində qeyd olunmuş prinsiplərə dəstək olsun - bundan sonra da müdafiə edəcəyik.

Biz bununla razı deyilik ki, bu cür prinsiplər necəsə bir “Qərb ixracat modeli”dir, İslam və ərəb dünyası üçün qeyri-məqbuldur. Biz hesab edirik ki, bu, hər bir insanın ayrılmaz hüququdur. Bizim təsirimiz zaman-zaman məhdud olsa da, hərbi gücün vasitəsilə demokratiya əkmək çəhdindən çəkinsək də, bizi ikiüzlülük və qeyri-ardıcllıqda ittiham etsələr də, bölgənin işlərində həmişə iştirak edəcəyik. Çünki azadlıq və demokratiya gətirmək bütöv bir nəsil üçün vəzifədir.

Eyni şey İraq, Bəhreyn və Suriya kimi ölkələrdə saxlanan konfessiyalar arasındakı gərginliyi zəiflətmək cəhdlərinə də aiddir. Biz başa düşürük ki, kənar adamlar bu cür sürəkli münaqişələri həll etmək iqtidarında deyil: bunu müsəlman icmalarının özü etməlidir. Lakin biz əvvəllər bu cür ağır nifaqın necə qaydaya salındığının şahidi olmuşuq: heç olmasa, Quzey İrlandiyadakı bu yaxınların hadisəsini yada salaq. Orada katoliklər və protestantlar, nəhayət, etiraf etdilər ki, nöqsanlı münaqişə dairəsi sürətlə inkişaf edən dünyamızda hər iki icmanın tərəqqisini ləngidir. Buna görə də əminik ki, Yaxın Şərqdə də, Quzey Afrikada da elə bu cür ağır münaqişələri aradan qaldırmaq mümkün olacaq.

Yekunlaşdırmaq üçün deyim: Birləşmiş Ştatlar acı təcrübədə əmin oldu ki, başqa ölkələrdə hadisələrin gedişatını müəyyən etmək üçün imkanlarımız nə qədər azdır. “Amerika imperiyası”nın uyduğu faydalı təbliğat üsulu ola bilər, lakin ABŞ-ın indiki siyasəti və yaxud cəmiyyətdəki əhvali-ruhiyyə ilə heç bir ümumi cəhəti yoxdur. Doğrudan da, ABŞ daxilində Suriyaya nisbətdə indiki müzakirələrin göstərdiyi kimi, dünya üçün təhlükəni guya başqa ölkələrin işinə qarışmağa hazır olan və yaxud bölgənin istənilən problemini özününkü kimi qəbul edən  Amerika təşkil etmir. Daxili çətinikləri ilə haqlı rahatsız olan və bölgədə iştirakımızın müsəlman dünyasında doğurduğu düşmənliyi dərk edən ABŞ onillik müharibədən sonra kənara çəkilsə və başqa heç bir ölkənin doldurmağa hazır olmadığı liderlik boşluğu yaransa, dünya üçün təhlükə meydana çıxacaq. Mən hesab edirəm ki, özünü kənar tutmaq səhv olardı. Mən hesab edirəm ki, Amerika öz təhlükəsizliyi xatirinə bundan sonra da bölgənin məsələlərində iştirak etməlidir. Lakin mən həm də inanıram ki, bundan dünya üçün daha yaxşı olacaq.Kimsə razılaşmaya bilər, lakin hesab edirəm ki, Amerika müstəsna ölkədir: qismən ona görə ki, təkcə özümüzün məhdud maraqlarımızı deyil, həmçinin ümumi maraqları qorumaq üçün necə qan axıtdığımızı və vəsaitə heyfsilənmədiyimizi hamı görürdü.

Lakin düzünü deyirəm, bizimlə işləməyə hazır olan, yanlız bir ovuc korrupsiyalaşmış şəxsi müdafiə edənlərlə deyil, öz xalqına yatırım qoyan hər kəsin – kişinin, qadının, şiənin, sünninin, xristianın və musəvinin öz payını əlavə edə biləcəyi cəmiyyət quranlarla daha çox əməkdaşlıq etməyə can atacağıq. Çünki Avropada və Asiyada, Afrikada və Amerika qitələrində demokratiya yolunu tutmuş xalqlar daha da tərəqqi edib, daha dinc həyata başlayıb və ümumi təhlükəsizliyimizə və ümumi insanlığımıza böyük pay bəxş edib. Və inanıram ki, bu sözləri ərəb dünyası haqda da demək mümkün olacaq.

Mən son fikrimə yaxınlaşıram. Vaxt gələcək, cəmiyyətin  dağılması elə bir şiddətə yetişəcək, mülki əhaliyə qarşı zorakılıq elə bir vüsət alacaq ki, beynəlxalq cəmiyyətin hərəkətə keçməyi tələb olunacaq. Bu, yeni düşüncə və olduqca çətin qərarların qəbul edilməsini tələb edir. BMT ölkələr arasında müharibənin qarşısını almaq üçün yaradılsa da, tez-tez ayrı-ayrı ölkələrin daxilində tökülən qanın qarşısını almaq zərurəti ilə üzləşirik. Həm də məsələ müdhiş zorakılığın heç bir günahı olmayan kişi, qadın və uşaqların həyatını təhdid etdiyi və milli institutların onları müdafiə etmədiyi kövrək və zəifləmiş ölkələrə aid olarkən, bu çağırışlar daha hissedilən olacaq.

Mən aydın şəkildə anlatdım ki, hətta Amerikanın əsas maraqları təhlükə altında olmayanda da kütləvi azğınlığın qarşısını almaq və insanın əsas hüquqlarını müdafiə etmək üzrə öz öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Lakin biz bu yükü təkbaşına daşıya bilmərik və daşımamalıyıq. Malidə həm “Əl-Qaidə”nin fəaliyyətini uğurla dəf edən Fransa tərəfdən müdaxiləni, həm də sülhü qoruyan Afrika qüvvələrini dəstəklədik. Biz Şərqi Afrikada “Allahın müqavimət ordusu”nu ləğv etmək məqsədilə tərəfdaşlarımızla əməkdaşlıq edirik. Təhlükəsizlik Şurası Liviyada mülki əhalinin müdafiəsi haqda qətnamə qəbul edərkən Amerika işə başlayan koalisiyaya daxil oldu. Bizim səylərimiz sayəsində bölgədə saysız-hesabsız insan xilas edildi, müstəbidə isə cəsədlərin üzərindən keçib yenidən hakimiyyətə getmək imkanı verilmədi. Bilirəm, kimlərsə Liviyadakı fəaliyyətdən timsal düzəltmək arzusu ilə onu tənqid edir. Onlar hazırda bu ölkədə mövcud olan problemlərə işarə edirlər – demokratik yolla seçilmiş hökumət təhlükəsizliyi zorla təmin edir; ölkədə silahlı qruplar, bəzi yerlərdə isə ekstermistlər fəaliyyət göstərir, parçalanmış ölkənin ayrı-ayrı bölgələrində hakimiyyəti əllərində saxlayırlar. Bu tənqidçilər iddia edirlər ki, mülki əhalinin müdafiəsinə istənilən müdaxilə uğursuzluğa məhkumdur və Liviyanı misal gətirirlər.

Mən bu problemləri qətiyən yaddan çıxartmıram. Lakin doğrudanmı kimsə həqiqətən hesab edir ki, Müəmmar Qəddafiyə öz vətəndaşlarını öldürmək, həbsxanaya atmaq və yaxud tabe olmağa məcbur etməkdən ötrü işgəncə vermək imkanı verilsəydi, Liviyada durum daha yaxşı olardı? Çox güman ki, Liviya beynəlxalq səylərsiz vətəndaş müharibəsinin alovlarına və qan tökülməsinə qərq olardı.

Biz ideal seçimin mümkün olmadığ dünyada yaşayırıq. Müxtəlif dövlətlər bu və ya digər fəaliyyətin zəruriliyinə nisbətdə həmişə razılaşmayacaq. Suverenlik prinsipi isə beynəlxalq qaydalarmızın mərkəzinə qoyulub. Lakin suverenlik müstəbidlər üçün cəzasız qətllər törətməyə imkan verən sipər və yxud beynəlxalq ictmaiyyətin duruma etinsz yanaşa bilməsinə bəhanə ola bilməz. Biz təvazökarlıqla etiraf etməli olsaq ki, şərin bütün təzahürləri ilə mübarizə üçün imkanlarımız məhduddur və yadda saxlasaq ki, dünyada gözlənilməz şəraitlər meydana çıxır, bununla razılaşmalıyıq ki, dünya Ruande və yaxud Srebrenitsa kimi problemlərin qarşısında acizdir. İnsanlar bu cür dünyada yaşamağa razıdırsa, bunu bəyan etməli və kütləvi dəfnlərin buz məntiqi ilə barışmalıdırlar.

Lakin mən inanıram ki, başqa bir gələcək qura bilərik. Həm də müdaxiləsizliklə müharibə arasında seçim etmək istəyiriksə, onda hamımız təməl hüquq qaydalarının sarsılmasını dəf etmək üçün uğurla yollar tapmalıyıq:

Dövlətin məsulliyətinə və sıravi vətəndaşların hüqularına hörmət yolu ilə.

Qaydaları pozanlara qarşı həqiqi sanksiyalar tətbiq etmək yolu ilə.

Münaqişələrin nəticələrinə deyil, onların ilkin səbəbinə yönəlmiş təkidli diplomatik cəhdlər yolu ilə.

Evsiz-eşiksizlərə ümid gətirən yardım göstərmək yolu ilə... 

Bəzən isə - bu, yetərli olmasa da – durumlar olacaq ki, beynəlxalq cəmiyyət hadisələrin daha pis inkişafından yayınmaq xatirinə çoxtərəfli hərbi müdaxilənin tələb olunduğunu etiraf etməli olacaq.Amerika son nəticədə məhz bu cür beynəlxalq cəmiyyət görmək istəyir:

Dövlətlərin bir-birinin torpağına və yaxud resurslarına əl uzatmadığı cəmiyyət; bu qurumun baş məqsədini icra etdiyimiz və hamımızın məsuliyyət daşıdığımız cəmiyyət. Dəhşətli müharibələrdən sonra müəyyən edilmiş qaydaların münaqişələri dinc yolla həll etməyimizə və əcdadlarımızın vuruşduğu tək müharibələrin qabağını almağa  imkan verən dünya. İnsanların ləyaqətlə yaşaya bildiyi və Nyu-Yorkda və yaxud Nayrobidə, Peşavarda və yaxud Dəməşqdə - harada yaşayırlar-yaşasınlar, öz ehtyaclarını ödəyə bildikləri dünya.

Müstəsna zəmanə yetişib və qasrşımızda müstəsna imkanlar açır. Bu gün planetin istənilən nöqtəsində doğulan uşaq tərəqqinin sayəsində 60 il əvvəl insanların əksəriyyəti üçün əlçatmz olanı həyata keçirə bilər. Mən bunu münaqişəni dayandıran dövlətlərin tərəqqinin astanasında durduğu Afrikada görmüşəm. Və Amerika acları doyurmaqda, xəstələri müalicə etməkdə, uzaq  bölgələrə elektrik çəkməkdə onlara yardım edir.

Mən bunu yüz milyonlarla insanın bir nəsil ərzində yoxsulluğun buxovundan qurtulduğu bütün Sakit okean bölgəsində görürəm.

Mən bunu hər yerdə düyməni basmaq yolu ilə dünyadakı hər şeyə çıxışa malik olan və yoxsuluğun kökünün kəsilməsində, iqlimin dəyişilməsinə qarşı mübarizədə iştirak etməyə, öz bizneslərini açmağa, azadlığın sərhədlərini genişləndirməyə və keçmiş illərin ideoloji savaşlarını arxada qoymağa hazır olan cavanların üzündə görürəm.

Bu, həm Asiyada, həm də Afrikada baş verir. Bu, Avropada və Amerika qitələrində baş verir. Və Yaxın Şərqdə, Quzey Afrikada yaşayan insanların layiq olduğu gələcək budur. Onların kim olduğu və yaxud kimə inandığı üçün öldürülə biləcəkləri və yaxud təqibə məruz qalacaqları gələcək deyil, yeni imkanlar haqda düşünməyinə imkan verən gələcək.

Dövlətlər və insanlar dəyişilmək qabiliyyətlərini – insanlığın ən yüksək ideallarına yetişmək və tariximizdən ən yaxşısını seçmək qabiliyyətini dəfələrlə sübut edib.

Keçən ay Martin Lüter Kinqin 50 il əvvəl Amerikaya öz arzularını çatdırdığı yerdə durmuşdum. O dövrdə isə mənim irqimin əksər adamları hətta prezident seçkilərində səs verə bilmirdi. Bu ilin başlanğıcında xalqından və bütün dünyadan təcrid edilmiş Nelson Mandelanın on illərlə dustaq olduğu kiçik həbsxana kamerasında durmuşdum. İnsan ruhunun qadir olduğu bu cür dəyişikliklərin şahidi olduğumuz halda, biz necə hesab edə bilərik ki, guya, bugünki çətinlikləri dəf etmək mümkün deyil? Burada iştirak edənlərdən kim iddia edəcək ki, guya, gələcək ruhu azad etmək istəyənlərə yox, onu əzmək istəyənlərə məxsusdur?

Mən bilirəm, ABŞ tarixin hansı tərəfində görünmək istəyərdi. Biz sabahkı günün problemlərini həll etməyə hazırıq. Qəti şəkildə əminik ki, bütün kişi və qadınlar, əslində, bərabər xəlq edilib, hər bir insan ləyaqətə və alınmaz hüquqlara sahibdir və keç kimin onu almağa haqqı yoxdur. Ona görə də gələcəyə vahimə ilə yox, ümidlə baxırıq. Buna görə də əminik ki, bizim millətlər cəmiyyəti gələcək nəsilər üçün daha dinc, uğurlu və ədalətli dünya yaratmağa qabildir.

Çox sağ olun!

Qeyd: ABŞ prezidentinin çıxışı www.metronews.ru saytından (http://www.metronews.ru/novosti/rech-baraka-obamy-v-oon-polnaja-versija-video-tekst/TpooiC---CbceoNgzYg916/götürülüb və rus dilindən tərcümə edilib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar