"AzPolitika.info"-ya hücumun təşkilatçısı tapıldı

Dünən səhər saatlarından başlayaraq AzPolitika.info saytı yenidən şiddətli haker hücumuna məruz qalır. Bu səbəbdən sentyabrın 15-indən bu saatlara qədər sayta girişdə problemlər olub.

AzPolitika.info iyun ayının 21-dən etibarən haker hücumuna məruz qalır. Onlarla ölkənin ərazisindən təşkil olunan hücum o qədər güclüdür ki, 2 aya yaxın bir müddətdə fəaliyyət göstərməyimiz mümkün olmayıb. Bir neçə gün əvvəl xüsusi proqrama qoşulmaq sayəsində AzPolitika.info fəaliyyətini bərpa edib. Lakin belə görünür ki, saytımıza hücum əmrini verən dairələr bununla barışmaq niyyətində deyillər. Son günlər hücumun miqyası daha da artıb və xarakteri dəyişib. Ən əsası da odur ki, bu dəfə hücum birbaşa Azərbaycan ərazisindən təşkil olunur. Görünür "dostlarımızın" əsəbləri artıq dözmür və onlar artıq maskalanmağa belə ehtiyac görmürlər.  

AzPolitika.info-nun texniki heyəti hücumla bağlı faktları toplayır. Hücumun arxasında hansı dairələrin durduğunu aydınlaşdırmaq üçün xeyli təkzibolunmaz faktlarımız var. Bu faktlara əsaslanaraq yaxın günlərdə hücumu təşkil edənin adını açıqlayaraq onu məhkəməyə verəcəyik.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar