Azərbaycanın yeni qorxulu silahı - VİDEO, FOTOLAR

Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti "Buk-MB" zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.ANS PRESS-in Мüdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sınaq atışları general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilib.

"Buk-MB" ZRK-nın sınaq atışlarında Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniYaqub Eyyubov da iştirak edib.

Yaqub Eyyubov və Zakir Həsənov "Buk-MB" ZRK-nin sınaq atışlarında

Mütəxəssislər zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat veriblər.

Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən "Saman" tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

"Buk-MB" ZRK-nin sınaq atışları

250 min dollar dəyərində olan "Buk" Zenit Raket Kompleksi "Kub" ZRK-nin əsasında yaradılıb. Hərbi silah yaxın və orta hündürlükdə (30 metrdə 14-18 kilometr hündürlüyədəki) manevredici aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulub.

1972-ci il yanvarın 13-də SSRİ-nin qərarı ilə "Buk" ZRK-nin istehsalına start verilib. 1977-ci ilin noyabrından etibarən isə Emba poliqonunda silahın sınaqları keçirilməyə başlayıb. Kompleksin sınaqları 2 il davam edib.

Zenit Raket Kompleksinin bugünkü sınaq atışları

"Buk-MB" ZRK 2005-ci ildə Belarusun paytaxtı Minskdə təqdim edilib. 2013-cü il iyunun 26-da - Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə keçirilən hərbi paradda isə "Buk-MB"nin Azərbaycanda təqdimatı keçirilib.

2013-cü ildə keçirilən hərbi parad

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar