DAHA 4 DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ - Açıqlamalar

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisdə 41 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edən millət vəkili Leyla Abdullayeva deputatlığa namizədliyini geri götürüb.Bu barədə AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.

Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəli sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.

YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovAPA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.

O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.

“Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsinə ayrılan müddət dünən – oktyabrın 2-də başa çatıb. Buna görə də Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt I Seçki Dairəsindən Leyla Abdullayevanın əvəzinə yeni namizəd irəli sürməyəcək”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Abbas Abbasovun oğlu Aydın Abbasov da facebook səhifəsində elan edib ki, parlament seçkilərində namizədliyini irəli sürməmək qərarına gəlib: “Son zamanlar millət vəkilliyinə namizədliyimlə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib suallara son qoymaq istəyirəm. 10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha millət vəkili olaraq deyil. Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm.”

etibar_1470975060689611844_nDeputat Etibar Hüseynov da seçkilərdə namizədliyini vermədiyini bəyan edib: “Əziz dostum və qardaşım Ülvi Quliyevin bir sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi.

Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də qarşıdan gələn parlament seçkilərinə qatılmamaq qərarı verdim”.

“Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyimi öz istəyimlə irəli sürmədim”. Bunu isə Milli Məclisin deputatı Elton Məmmədov deyib. O, bildirib ki, çoxsaylı seçicilərin müraciətinə rəğmən namizədlik verməkdən imtina edib: “Təəsüflənməyə ehtiyac yoxdur. Mən 15 il dövlətin qanunverici orqanında təmsil olunmuşam. Seçicilərimin etimadını doğrultmuşam. Çoxsaylı seçicilər mənə müraciət etdi. Amma böyük layihələrim, elmi işlərim var, sadəcə zamanım olmadığı üçün bu qərarı verdim”.

Qeyd edək ki, Elton Məmmədov 91-saylı Ucar seçki dairəsindən deputat seçilib.

Beləliklə, "yuxarıdan" razılıq almayanda "YAP-ın bitərəfləri" də seçilməyəcəklərini bildiyindən seçkidən imtina edirlər.  Bu siyahının hələ artacağı gözlənilir.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar