Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı - "SEÇİCİLƏRİ ALDADIB..."

"Azəri-Türk" Qadınlar Birliyinin sədri, deputat Sabiq Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasının səbəbi məlum olub.

Bu barədə lent.az-a Tənzilə Rüstəmxanlı özü açıqlama verib. T.Rüstəmxanlı iddia edib ki, Dairə Seçki Komissiyası heç bir əsas olmadan onun namizədliyini qeydə alınmaması ilə bağlı qərar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir rəqib mənimlə mübarizə apara bilməyəcək. Mənim bütün sənədlərim qaydasındadır. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, mən bu ölkədə tanınmış biriyəm. Haqqımı tapdalayıblar”.

Tənzilə Rüstəmxanlının sözlərinə görə, dairədən namizədliyinin qeydə alınmamasına səbəb kimi onun seçiciləri aldatmasını göstəriblər: “Guya ki, mən seçiciləri aldatmışam. İmza verən şəxslər bilməyib ki, kimə imza verirlər. Halbuki, bütün imzaların alınmasında şəxsən iştirak etmişəm. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət vermişəm. İnanıram ki, mənim tapdanmış haqqım bərpa olunacaq".

* * *

Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.

Bu barədə AzNews.az-a T.Rüstəmxanlı özü məlumat verib.

O, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyini bildirib. T.Rüstəmxanlı namizədliyinin qeydə alınmaması üçün heç bir səbəbin olmadığını vurğulayıb.

Qeyd edək ki, Tənzilə Rüstəmхanlı namizədliyini 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən irəli sürmüşdü.

42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı isə Musa Qasımlıdır.

M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən verib .

Bu dairədən isə hazırkı deputat Sabir Rüstəmxanlıdır. Lakin S.Rüstəmxanlı 1 noyabr seçkilərində iştirak etməkdən imtina edib. Bu səbəbdən, Tənzilə xanımın namizədliyinin hakimiyyətlə razılaşdırıldığı haqda rəy mövcuddur. Belə olduğu halda onun namizədliyinin qeydə alınmaması nə məsələdir? MSK DSK-nın bu "səhvini" düzəldəcək, yoxsa?...

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar