Evində dibçəklərdə narkotik bitki yetişdirən şəxs saxlandı - Unikal kadrlar

İlk baxışdan xoş aura bəxş edən dibçəklərdə əkilən gülləri Yasamal Rayon 26-cı polis bölməsinin əməkdaşları müsadirə ediblər. Dübəndi yaşayış sahəsində yerləşən bu, üçmərtəbəli evin sahibi 1982-ci il təvəllüdlü Ağabalayev Səid Şahlar oğludur. İki ildən çoxdur evin 1-ci mərtəbəsini narkotik plantasiyası edən Səid burada işıqlandırma sistemindən tutmuş, istilik sisteminə qədər hər cür şərait yaradıb. Polis əməkdaşları əvvəlcə Səid Ağabalayevin sürücüsü, kuryer vəzifəsini icra edən Əliyev Əkrəm Malik oğlunu tutublar. O, istintaqa verdiyi ifadədə evdə narkotik vasitələrin becərildiyini etiraf edib.

“Məndən qabaq Əkrəmi götürmüşdülər . Sonra mənə dedilər ki, məsələ belədir. Mən də dedim ki, istifadəçisiyəm”.

Evin 1-ci mərtəbəsindən 101 ədəd müxtəlif növ narkotik vasitə aşkarlanıb. Ev sahibi hər bir dibçək üçün ayrıca istilik sistemi quraşdırılıb. Gün ərzində 70 dərəcə temperaturu müntəzəm saxlayan qurğu bir neçə saatdan sonra qəflətən sönür. Otlara digər sistem vasitəsi ilə qəflətən soyuq hava vurulur. Süni şeh yaranır və dibçəkdəki narkotik bitkilər nəzərdə tutulduğundan daha tez yetişir. Suallardan yayınan Səid isə bu ideyanın onda nə vaxtdan yarandığını və narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluğu haradan öyrəndiyini demir:

“Heç nə deyə bilmərəm. O barədə heç bir informasiya verə bilmərəm.

- Bu bitkiləri sənin evində kimsə gəlib əkib?

- Ola bilər...!!! Polis aydınlıq gətirsin... Hər şey ola bilər...”

Hazırda polis bu şəxslərin əhatə dairəsini müəyyənləşdirməklə məşğuldur. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar