"Qaçqınlar nankorluq edir" - Nazir

Almaniyanın daxili işlər naziri Tomas de Mezyer qaçqın probleminin təkcə Avstriya-Almaniya sərhədlərində yox, Türkiyə-Yunanıstan sərhədlərində olduğunu deyib.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ZDF kanalına danışan nazir deyib ki, NATO tərəfdaşı Türkiyə ilə münasibətlərə yenidən yanaşmaq, ondan bir şey istənildikdə Türkiyənin də istəklərini dinləmək lazımdır.

T.de Mezyer həmçinin qaçqınlardan da şikayət edib, çoxlarının onlara verilən yerləri tərk etdiyini və başqa yerlərə getdiyini qeyd edib.

Qaçqınları nankorluqda günahlandıran almaniyalı nazir vaxtaşırı sığınacaqlarda dava düşməsini, yeməklərini və yataqxananı bəyənməyən bəzi miqrantların dava saldığını bildirib.

O, bunların hələlik az olduğunu desə də, əlavə edib ki, qaçqınlardan “qonağa yaraşan ədəb” göstərməyi tələb etmək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar