İran zəvvarlarının cənazələri Tehrana gətirildi - VİDEO

Həccdə izdiham vaxtı ölən 104 iranlının cənazəsi Tehrana gətirilib. İran faciədə ən azı 464 vətəndaşının həlak olduğunu bildirir.

Tehranın Mehrabad hava limanında keçirilən mərasim vaxtı cənazələri hərbçilərin fəxri qaravulu müşayiət edib. Tədbirə İran prezidenti Həsən Ruhani və ölkənin yüksək rütbəli rəsmiləri qatılıb.

Səudiyyə rəsmilərinə əsasən Məkkə yaxınlığındakı Minada izdiham vaxtı 769 adam ölüb və daha 934 nəfər xəsarət alıb. Lakin bəzi dəyərləndirmələrdə hadisə vaxtı 1000-dən artıq adamın öldüyü göstərilir.

Faciə şeytanı daşlama ayini zamanı iki istiqamətdən hərəkət edən izdihamın dar yerdə qarşılaşması vaxtı baş verib.

Tehran hesab edir ki, ötən həftə baş vermiş hadisəyə səbəb təşkilatçıların səhlənkarlığı olub. İranın ali ruhani rəhbəri Səudiyyə Ərəbistanını ölümcül hadisəyə görə üzr istəməyə səsləyib.

“Lazım olan yerdə biz diplomatiya dilində danışmışıq, lakin ehtiyac yaranarsa İran İslam Respublikası öz qüdrəti dilində danışacaq”, - Tehranın Mehrabad hava limanında çıxış edərkən prezident Həsən Ruhani deyib.

Bundan əvvəl İranın tənqidinə cavab verən Saudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr İranı fəlakətlə “siyasi oyun” oynamamağa və rəsmi araşdırmanın nəticələrini gözləməyə çağırıb. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar