Yəmən İrandakı səfirliyini bağlayır

Rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq.

Yəmən rəsmi Tehranın ölkənin daxili işlərinə qarışmasına etiraz olaraq İrandakı səfirliyini bağlayır.

Oxu.az TASS-a istinadən xəbər verir ki, Yəmən höküməti İranı ölkənin suverenliyini pozmaqda ittiham edib. Ölkə rəhbərliyi rəsmi Tehranı şiə hüsi-üsyançılarına dəstək verməkdə günahlandırıb.

“France-Presse”in məlumatına görə, Yəmən prezident aparatının rəsmisi Əbd Rabbo Mansura Hadi İran səfirinin ölkədən çıxarılması barədə bəyanat verib.

Agentliyin xəbərinə əsasən, hal-hazırda Yəmən paytaxtı Sanada yerləşən İran səfirliyi hüsilərin nəzarəti altındadır.

Yəmən höküməti İranla diplomatik əlaqələri dayandırmaq qərarına gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar