Türkiyə gömrük xidmətinin nümayəndə heyətinin səfəri başa çatıb - FOTO

Türkiyə gömrük xidmətinin Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə, həmçinin Mərkəzi Gömrük Hospitalı, Gömrük Akademiyası, ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi ilə tanış olub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitənin “Hədəf” Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında isə qonaqlara səhiyyə ocağının üstün imkanları barədə ətraflı məlumat verilib, ən müasir tibbi ləvazimatlarla təchiz olunan hospitalda xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin yaradıldığı nəzərə çatdırılıb.

Sonra DGK-nın Akademiyasında olan qonaqlara məlumat verilib ki, təhsil ocağı gömrük sistemini yüksək səviyyəli peşəkar kadrlarla təmin etmək məqsədilə yaradılıb. Burada tələbə və müəllimlər üçün lazımi şərait təmin edilib.

ÜGT-nin Bakı şəhərindəki Regional Tədris Mərkəzinə baş çəkən nümayəndə heyətinə məlumat verilib ki, mərkəzdə indiyədək bir sıra beynəlxalq və regional tədris kursları keçirilib, seminarlar, treninqlər təşkil olunub.

Bununla da nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar