"Terrorçular qaçmağa başlayıblar" - ​Rusiya Baş Qərargahı

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bəyan edib ki, "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altında olan Suriya rayonlarında təqribən 600 silahlının əraziləri tərk etməsi halı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin pres-relizində bildirilir.

O qeyd edib ki, terrorçular öz mövqelərini tərk edir və Avropaya keçməyə çalışırlar.

"Kəşfiyyat qeydə alır ki, yaraqlılar nəzarət etdikləri rayonları tərk edirlər", — deyə Kartapolov bildirib.

General qeyd edib ki, İŞİD sıralarında "təşviş və fərarilik" başlayıb.

"Təqribən 600 muzdlu öz mövqeyini tərk edib və Avropaya keçməyə cəhd göstərir", — deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar