GERİ ÇƏKİLƏN DEPUTAT YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNACAQ - İqtidarın seçimini dəyişdirməsinin özəl səbəbi...

41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsinin səbəbi aydınlaşıb.

Strateq.az xəbər verir ki, deputat Sumqayıtda yeni vəzifəyə təyin ediləcək:

"Deputat olana qədər məktəb direktoru işləyən və bu sahədə kifayət qədər təcrübəsi olan Leyla xanım icra başçısı Zakir Fərəcovun  ilk iclasda qovduğu Sumqayıt şəhər Təhsil İdarəsinin rəisi təyin ediləcək".

Xatırladaq ki, YAP icra katibinin müavini Siyavuş Növruzov da bir neçə gün əvvəl Leyla Abdullayevanın dövlət qulluğunda işə keçəcəyi ilə əlaqədar deputatlıq yarışından geri çəkildiyini bildirib. Görünür, həmin dairədən iqtidarın “Azərsutəchizattikinti” ASC-nin sədri, namizədliyi özü tərəfindən irəli sürülən YAP-çı Mirzəcan Xəlilovdan yana olması da, hazırkı deputatın vəzifəyə meyllənməsinə ciddi təsir göstərib.

Mirzəcan Xəlilov

Strateq.az-ın məlumatına görə, böyük maddi imkanlara və geniş çevrəyə sahib olan Mirzəcan Xəlilov sıradan bir şirkətin rəhbəri deyil, onun hakimiyyət daxilində çox ciddi dayaqları var: "Məhz bu faktora görə özü tərəfindən namizədliyi irəli sürülən YAP-çı Mirzəcan Xəlilova partiyadan da maneəyə yaradılmadı. Əksinə, YAP-ın siyahısı ilə seçkiyə qatılan deputat Leyla Abdullayevanı geri çəkilməyə sövq etdilər...".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar