Rusiyada ərzaq talonları qayıdır
Baxiş sayı:
Dərc olunub:
03/10/2015 - 22:30
Rusiya hökuməti aztəminatlı ailələrə əlavə dəstək məqsədilə ərzaq talonları sistemini tətbiq eləmək barədə düşünür. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün baş nazir Dmitri Medvedyev ölkədəki sosial-iqtisadi durumdan danışarkən bildirib.
“Belə bir ideya var. Onun müsbət və mənfi tərəfləri mövcuddur. Biz onu həqiqətən də müzakirə edirik. Bax belə “vauçer” adlanan şeylərdən istifadə oluna bilər. Görürsünüz, Amerika – varlı dövlətdir, ancaq bunlardan istifadə edir” - qeyd edib baş nazir.
Onun sözlərinə görə, belə “vauçer”lərin qara bazarı haqda qabaqcadan fikirləşmək və qarşısını almaq lazımdır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.