ABŞ Əfqanıstandan üzr istədi

1absƏfqanıstandakı ABŞ silahlı qüvvələrinin başçısı, general Con Kempbell Qunduz şəhərinin taliblərdən azad edilməsi zamanı “Sərhədsiz həkimlər”in yerli məntəqəsinin səhvən bombalanmasına görə ölkə prezidentindən üzr istəyib.

Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” Əfqanıstan başçısının administrasiyasına istinadən xəbər yayıb. General ölkə prezidenti Əşrəf Qəni Əhmədzaya əməliyyatın detalları barədə danışıb və üzrxahlıq edib.

Az öncə ABŞ silahlı qüvvələrini nümayəndəsi əməliyyat zamanı yanlışın ola biləcəyini istisna eləməmişdi. Xəstəxananın raket zərbəsinə məruz qalması nəticəsində 16 “sərhədsiz həkim” həlak olub, onlarla insan yaralanıb.

Taliblər şəhəri sentyabrın 28-də ələ keçirmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar