CAHANGİR ƏSGƏROVUN ERMƏNİ BAŞ AŞPAZI! – AZAL-la bağlı daha bir şok
Son illər “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL QSC) ilə bağlı əsas diqqəti çəkən məsələlərdən biri də şirkətin böyük ziyanla işləməsinə dair hesabatlardı. Rəsmi statistikaya görə, son illər hava nəqliyyatında sərnişin daşımaları artsa da, Azərbaycan aviaşirkətlərin ziyanı 1999-cu ildən bu yana 500 milyon manatı keçib.
Qeyd edək ki, Azərbaycanda 3 şirkət sərnişin daşımaları ilə məşğul olur. Bunlar “Azerbaijan Airlines” Dövlət Aviaşirkəti (AZAL) və Cahangir Əsgərova məxsus olan “Turan Air” və “Silk Way Business Aviation” şirkətlərdir. Rəsmi sənədlərdə sərnişin daşımalarının 99% “Azerbaijan Airlines” -in payına düşdüyündən, müvafiq olaraq 500 milyondan artıq ziyanın da 99% Dövlət Aviaşirkətinin üzərinə yazılıb.
Məsələnin qəribəliyi ondadır ki, dövlət aviaşirkətinin ziyanı sərnişin qıtlığından deyil, bolluğundan yaranıb. Belə ki, 1998-ci ildə cəmi 833 min sərnişin daşındığı halda, aviaşirkətlərimiz 40,3 milyon manat gəlir əldə edib. Ancaq 2007-ci ildə 1 milyon 526 min, 2011-ci ildə 1 milyon 394 min, 2012-ci ildə isə 1 milyon 600 min nəfər sərnişin daşındığı halda, aviaşirkətlərimiz böyük ziyan ediblər. Baxmayaraq ki, AZAL-ın təqdim etdiyi qiymətlərin digər aviaşirkətlərlə müqayisədə xeyli yüksək olması (qonşu Gürcüstanla müqayisədə AZAL biletləri təxminən 2 dəfə baha satır), yəni maya dəyərindən dəfələrlə baha satması, aviabenzini isə ucuz alması zərərin olmasını mümkünsüz edir…
Bu şirkətlər vasitəsilə böyük pullar qazanan Əsgərovun komandası həm vətəndaşları, həm də dövləti, sözün həqiqi mənasında, soymaqla məşğuldur. Əsgərovun təkcə offşor kompaniyasının vasitəsilə həyata keçirdiyi karqo daşımalardan ildə bir neçə yüz milyon dollar gəlir götürdüyünə dair məlumatlar var. Holdinqin tərkibində Baku Cargo Terminal və Euroasian Cargo şirkətlərinin yaradılmasında da məqsədin məhz ölkə daxilində və beynəlxalq miqyasda yükdaşımalardan gələn gəlirin böyük hissəsini ələ keçirmək olduğu şübhə doğurmur.
Təssüf doğurucu və acınacaqlı hal həm də odur ki, AZAL-da olduğu kimi, Əsgərov holdinqinin tərkibindəki şirkətlərinin də rəhbərliyinə, gəlirli sahələrə əsasən qeyri-azərbaycanlıları yığıb. Bu barədə “AzPolitika.info”ya şirkətlərdən birində çalışan şəxs məlumat verib.
Belə şirkətlərdən biri də, AZAL-ın uçuşları vaxtı təyyarələrdə qida təminatını və xidmətlərini həyata keçirən “SKY Catering” şirkətidir. Rəsmi internet saytında bu şirkətin 31 oktyabr 1997-ci ildə yaradıldığı bildirilir. Ancaq sonradan «Silk Way Holdinq»in tərkibinə daxil edilib. Hər halda holdinqin nəzdindəki şirkətlərin siyahısında “SKY Catering”in adı ilk sırallarda gəlir.
Rəsmi statistikaya görə, 2014-cü ildə AZAL-ın 1 milyon 800 mindən bir qədər çox sərnişin daşıdığını nəzərə alsaq, C.Əsgərovun bu şirkətinin nə qədər gəlir əldə etməsini təsəvvür etmək çətin olmaz. Hər halda hesablamalar göstərir ki, Əsgərovun holdinqinin tərkibindəki bu şirkətin təkcə təyyarələrdə verilən yeməkdən olan illik gəliri 50 milyon manata yaxın təşkil edir.
Daxil olan məlumatlar göstərir ki, bu heç də təsadüfi deyil. Şirkətdəki qaynağın israrlı iddiasına görə, Vadia Semaan Livan əsilli ermənidir! Bu məlumatın ciddi araşdırılmasına ehtiyac var. Lakin təəsüf ki, bizim belə bir imkanımız yoxdur. Bunu müvafiq dövlət orqanları etməlidir. Əgər bu məlumat doğrudursa, AZAL rəhbərinin Bakıdakı şirkətinin baş aşpazlığını erməniyə tapşıracaq qədər irəli getməsi heyrət doğurur.
Bəlkə də bu, vəkil Aslan İsmayılovun iddia etdiyi kimi, C.Əsgərovun Azərbaycan vətəndaşına olan münasibəti ilə bağlıdır. Sitat: “Cahangir Əsgərov Azərbaycan vətəndaşlarına baha qiymətə bilet satır, burada pul qazanır, amma ölkədə heç nəyi yoxdur. Bu adamın malı, mülkü xaricdədir. Onu Azərbaycan vətəndaşının narazı olmağı, etiraz etməsi də əsla maraqlandırmır. O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.
Xatirladaq ki, AZAL-dakı mənbənin şirkətdə vəzifə tutanlarla bağlı “AzPolitika.info”ya təqdim etdiyi natamam siyahı da tanınmış vəkilin dediklərini təsdiqləyir. Həmin siyahıya bird aha diqqət edək:
1. AZAL prezidenti Cahangir Əsgərov – milliyəti naməlum;
2. İqtisadiyyat və maliyyə məsələləri üzrə vitse-prezident – Andropova Lyubov Pavlovna – Rusiya vətəndaşı;
3. Hüquq İdarəsinin rəisi – Kazımova Lyudmila Akperovna;
4. Xüsusi şöbənin rəisi (I şöbənin) – Tarasova Valentina Qavrilovna;
5. Maliyyə-iqtisad İdarəsinin rəisi – Quliyev Ələddin Xeyirbəy oğlu, milliyətcə ləzgidir;
6. Baş mühasibin müavini – Knyazeva Vera Vasilyevna;
7. Baş mühasibin müavini - Qusarova Marina Qəzənfərovna;
8. İqtisadi Proqnozlaşdırma Xidmətinin rəisi – Bikinina Raisa
9. İqtisadi proqnozlaşdırma şöbəsinin rəhbəri – Kalinova Nina Anatolyevna və s.
Metrologiya xidmətində 10 mütəxəssisdən yalnız biri azərbaycanlıdır, digərləri hamısı rusdur.
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi:
Müdir – Sultanov Valeriy Zeynətdinoviç
Müdir müavini – Ayutov Davud Xasanoviç.
Məlumatlara görə, təyyarələrin təmiri xidməti yerli mütəxəssislərlə eyni səviyyədə olmayan Türkiyə vətəndaşlarının rəhbərliyi altındadır.
Son vaxtlara qədər Milli aviaşirkətin icraçı direktoru Baltikyanı ölkələrin birindən olan xanım idi.
Daşınmaların Təşkili Xidmətinin müdiri Avstriya aviaşirkətinin keçmiş təmsilçisi Kristina adlı qadın idi.
Bütün bunlara görə, milli mütəxəssislər AZAL-dan kənarda özlərinə iş axtarmaq məcburiyyətindədirlər. Bu faktlar Cahangir Əsgərovun Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxdığına dair fikirləri təsdiqləyir. Ancaq onun millətimizin düşməni olan erməniyə belə vəzifə verməsi artıq əndazəni aşmaqdır. Bunun bədəli olacaqmı?
Murad Məmmədov
AzPolitika.info
P.S. “SKY Catering” şirkətinin ancaq ingilis dilində olan internet saytından götürdüyümüz əlaqə telefonlarına cavab verilmədiyindən baş aşpazın erməni əsilli olması haqda məlumata özlərinin münasibətini öyrənə bilmədik.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.