Azərbaycanda banklar xərclərini azaldacaqlar

Azərbaycan Banklar Assosiasiyası (ABS) bankların xərclərini azaltmaq məqsədilə mərkəzləşdirilmiş strukturlar yaratmağı təklif edib.Bunu Trend-ə ABS-nin rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu strukturların yaradılması məsələsi assosiasiya yanında formalaşdırılacaq işçi qrupları çərçivəsində müzakirə olunacaq.

Bu barədə qərar ABS İdarə Heyətinin növbəti iclasında qəbul edilib. Z.Nuriyev qeyd edib ki, əsas məqsəd bir bankın kartının digər bankların bankomatlarında istifadəsi zamanı komissiya xərclərinin azaldılmasıdır: “Hazırda bir bankın kartı digərlərinin bankomatlarında istifadə edilərkən komissiya xərci 1,5 faiz təşkil edir. Kart sahiblərinin istənilən bankın bankomatlarından rahat istifadə edə bilmələri üçün komissiya xərclərini azaltmaq istəyirik”.

O, əmin olduğunu bildirib ki, banklarla danışıqların yekunu üzrə komissiya həcminin azaldılması barədə razılaşma əldə ediləcək: “İlk növbədə, bankların qurğuların alınması və bankomatlara xidmət göstərilməsi üzrə xərclərini nəzərə alaraq, onlar üçün məqbul stavkanı hesablamaq lazımdır. Xeyli sayda bankomatları olan bankın xərcləri də çoxdur. Buna görə də bank xərclərini ödəmək üçün tariflərini optimallaşdırır”.

Z.Nuriyev əlavə edib ki, ABS bir regionda yerləşən bankların müxtəlif filiallarına valyuta vəsaitlərinin mərkəzləşdirilmiş tədarükü üçün xüsusi struktur yaratmağı təklif edib: "Bu, banklara inkassasiya xərclərini azaltmağa kömək edəcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar