PKK-ya sarsıdıcı zərbə vurulub - VİDEO

Türkiyənin Diyarbəkir vilayətinin Silvan bölgəsində PKK terror təşkilatına sarsıdıcı zərbə vurulub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.

Sakinlərin küçəyə çıxması qadağan olunan Silvanda dünən təşkil olunan hava əməliyyatlarında 18 terrorçu öldürülüb.

Əsgərlərinə əmr verən yüksək rütbəli bir hərbçi “Allah xatirinə vurun, Peyğəmbər xatirinə vurun, Şəhidlərimiz üçün vurun, qanları yerdə qalmasın!” - deyə səslənib.

Giriş və çıxışlara hərbi tankların yerləşdirildiyi Diyarbəkirdə helikopterlər də əməliyyata dəstək verib. Əməliyyat əsnasında bir evin damında dalğalanan PKK bayrağı polislər tərəfindən yerə atılıb.

694 DƏFƏ OXUNUB

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar