Torpaq sürüşməsi insanları diri-diri basdırdı

Mərkəzi Amerika dövləti olan Qvatemalada torpaq sürüşməsi baş verib.Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, şiddətli yağışlar nəticəsində meydana gələn torpaq sürüşməsi zamanı 30 nəfər həyatını itirib.

Xəbərdə bildirilir ki, 600 nəfər tkin düşüb. Fəlakət zamanı bir çox insan evlərində olduğu üçün torpaq altında qalıb.

Xilasetmə zamanı 34 nəfər dağıntılar altından sağ olaraq, çıxarılıb.

Qvatemala prezidenti Alexandro Maldonado ABŞ və Kuba daxil olmaqla, bir çox ölkədən yardım təklifləri aldıqlarını açıqlayıb.

Qeyd edək ki, ötən il burada meydana gələn sürüşmədə 29 nəfər həyatını itirmişdi, 9 mindən çox evə isə ziyan dəymişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar