Heydər Əliyev qiyamı belə yatırdı - VIDEO

Bu gün 1994-cü il oktyabr hadisələrindən 21 il ötür.Axar.az xəbər verir ki, 1994-cü il oktyabrın 4-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə növbəti qiyam başladı. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi.

1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, “Yun” zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Cəbhə hakimiyyətinə xalq inamsızlığı bu qiyamın hədəfə çatması ilə nəticələnmişdi və Prezident Elçibəy hakimiyyətdən uzaqlaşmışdı.

Maraqlı məqamlardan biri də odur ki, Surət Hüseynov 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üşün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı.

S.Hüseynovun növbəti qiyamı isə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – “Əsrin Müqaviləsi”ndən dərhal sonra başladı.

Sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə 1994-cü ildə bağlanan “Əsrin Müqaviləsi”nin hansı məxfilik şəraitində aparıldığı və Rusiya KQB-nin necə aldadıldığını 20 illik gizlilikdən sonra Axar.az-a açıqlamışdı (Ətraflı BURADA) Bu açıqlama qiyamın niyə neft kontraktlarından əvvəl deyil, sonraya təsadüf etməsi və qiyamın arxasında dayanan güclər barədə təsəvvür yaratmağa imkan verir…

Heydər Əliyev qiyamla bağlı xalqa müraciət etdi. Əhali arasında müstəsna nüfuzu qısa müddətdə yüzminlərlə insanın Prezident Aparatının qarşısına toplanması və hakimiyyətə dəstək nümayiş etdirməsinə səbəb oldu. Beləliklə, Heydər Əliyev 1993-cü il 4 iyun qiyamından fərqli olaraq, bircə güllə belə atılmadan qiyamın qarşısını yalnız siyasi gedişlərilə aldı: Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Cəmi bir həftə sonra parlament keçmiş baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi. Oktyabrın 30-da Sürət Hüseynovun əlindən “Azərbaycan Milli Qəhrəmanı” adı alındı.

Həmin dövrlə bağlı maraqlı məqamlardan biri isə Sürət Hüseynovun həbs olunması ilə bağlı idi. Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən qaçırıldı. Tezliklə o, Rusiyada peyda oldu. Lakin az sonra S.Hüseynov burada həbs edilərək, Bakıya təhvil verildi.

Sürət Hüseynov 2014-cü ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi.

Axar.az Sürət Hüseynovun istefaya göndərilməsi ilə bağlı Prezident Heydər Əliyevin keçirdiyi məşhur müşavirənin kadrlarını təqdim edir:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar