"Rusiya çox ciddi bir səhvin içərisindədir" - Ərdoğan

erdoganPrezident Ərdoğan, Rusiyanın Suriyadakı hava əməliyyatlarını tənqid edərək, "Rusiyanın hazırda atmış olduğu bu addımların bizim üçün qəbul edilən heç bir tərəfi yoxdur. Bunu Putinin özünə də dedim. Təəssüf ki, hazırda Rusiya çox ciddi bir səhvin içərisindədir" deyib.

Musavat.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi Atatürk Hava Limanında ciddi bəyanat verib. Ərdoğan, Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarının Türkiyə üçün qəbul edilən bir tərəfinin olmadığını vurğulayıb.

Ərdoğan sözlərinə belə davam edib: "Rusiyanın hazırda atmış olduğu bu addımlar, zaman keçdikcə ölkəni regionda tənhalığa aparacaq. Çünki Türkiyə kimi bir ölkəyə baxmayaraq bu addımları atması bizləri ciddi mənada üzür və narahat edir. Aramızdakı ikitərəfli münasibətlər məlumdur. Suriya ilə 911 kilometr sərhədi olan bizik. Rusiyanın Suriya ilə belə bir durumda olması mümkün belə deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar