Səfir köməkçisinin xanımı Bakıda qəza törətdi

Bakıda Almaniya səfriliyinə məxsus maşın qəza törədib.Musavat.com xəbər verir ki, hadisə Binəqədi rayonunda C.Xəndan küçəsində baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Sürət həddini aşan isə Almaniya səfirliyinə aid “Hyundai” markalı maşını idarə edən sürücü olub.

Əldə etdiyimiz məlumata görə, səfirliyə məxsus maşını idarə edən Almaniya səfirinin 1-ci köməkçisinin həyat yoldaşı, Almaniya vətəndaşı olan 1988-ci il təvəllüdlü Şthefan Komtessenin olub.

Xanım sürücü qəza zamanı Bakı sakini, 1982-ci il təvəllüdlü Rəhim Səttarzadənin idarə etdiyi “Nissan” markalı avtomobili vurub.

Qəzada hər iki avtomobil zədələnib. Sürücülərdən heç biri ağır xəsarət almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar