Qəbələni sel basdı – İnsanlar köməksiz qalıb

Qəbələdə insanlar köməksiz vəziyyətdə sel təhlükəsi qarşısında qalıb. Hazırda rayonun Nic kəndi ərazisində olan hüquq müdafiəçisi Mahirə Əmirhüseynova müsavat.com-a bildirib ki, bir neçə saat öncədən başlayaraq rayona güclü yağış yağır, artıq bir çox yerləri sel basır: “Getdiymiz maşın CİP-dir, maşının aynalarına qədər su qalxıb. Balaca maşınlar selə təslim olur, bir neçə maşın tamamilə suyun altında qalıb. Adamlar panikadadır, əksər insanlar hündür yerlərə çıxıb seldən qorunmağa çalışır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar