"Yaralı PKK-çılar Rusiyada müalicə olunur" - Millət vəkili

"Rossıya 24 kanalı hazırda Qəndildən PKK-nı təbliğ edən veriliş verir. Terrorçuları məsum göstərməyə çalışırlar. Sevindiricidir ki, türk ordusunun hava zərbələri xeyli hədəfə dəymiş".Avropa.info xəbər verir ki, bu haqda millət vəkili Fazil Mustafa facebook hesabında yazıb.

Çünki özlərini burada rahat hiss etmirlər. Türk aviasiyasının hücumlarından qorunmaq üçün hər an göyə baxırlar. Yaralananlar Rusiyada müalicə olunurlar. Rusiyanın PKK-ya açıq dəstək verdiyi dərhal anlaşılır. Hiss olunur ki, həm Suriyada, həm də İraqda Rusiya və İran ordusu PKK ilə koordinasiyalı hərəkət edəcəklər.

İŞİD bəhanədir, burada hədəf Türkiyə ordusunun ciddi zərbə vurduğu PKK-nı çətin vəziyyətdən çıxartmaqdır. Terrorun kökünü kəsmək üçün ilk öncə Türkiyə siyasi elitasında səmimi uzlaşma olmalıdır. 01 noyabrdan sonra MHP-nin də daxil olduğu qətiyyetli bir koalisiya ile AKP bu məsələni qətiyyətlə çözməlidir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar