"Dövlət terroru törədən bu adamı İran və Rusiya müdafiə edir"

 

"Dövlət terroru törədən bu adamı İran da, Rusiya da müdafiə edir. Rejimlə əməkdaşlıq edən ölkələr bunun hesabını verəcəklər".Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Fransa səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərin qarşısına çıxaraq, ciddi bəyanatlar verib. Onlardan biri də Suriya prezidenti Bəşər Əsədlə bağlı olub.

Prezident Ərdoğan, İran və Rusiyanı tənqid edərək, onları Bəşər Əsədi müdafiə etməkdə ittiham edib: "Suriyada 350 min insanın rejim tərəfindən öldürülməsi faktı var. Dövlət terroru törədən bu adamı İran və Rusiya müdafiə edir. Rejimlə əməkdaşlıq edən ölkələr bunun hesabını verəcəklər. Təhlükəsiz bölgə bizim gündəmimizdən çıxmayacaq.

Ölkəmizdə minlərlə Suriyalı qaçqın var. ABŞ və Rusiyaya təklif etdik. Bu insanlar öz torpaqlarına qayıtmaq istəyirlər. Təhlükəsiz bölgə şərtdir. Yoxsa hamısı ölümə tərk edilmiş olarlar. Biz suriyalı qaçqınların geyim, qida, təhsil və digər işlərini həll edirik. Yenə Türkiyə yalnız buraxılsa insafsızlıq olar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar