Kameron Rusiyanın Əsədə dəstəyini dəhşətli səhv adlandırdı

kameronBritaniyanın baş naziri Devid Kameron Rusiyanın Suriyaya hərbi müdaxiləsini sərt şəkildə pisləyib. Onun sözlərinə görə, Moskva İŞİD-ə zərbə endirmir, “qəssab Əsədə” kömək edir.

BBC-ə müsahibəsində Kameron Rusiya prezidenti Putini kursu dəyişməyə və İŞİD-lə mübarizədə ABŞ-la Briyaniyaya dəstək verməyə çağırıb. Baş nazirin sözlərinə görə, Rusiya hərbi hava qüvvələri İŞİD-in nəzarətində olan ərazilərə deyil, müxalifətin nəzarət etdiyi ərazilərə zərbələr endirir.

“Rusiya qəssab Əsədi dəstəkləyir, bu da həm onlar üçün, həm də bütün dünya üçün dəhşətli səhvdir. Bu yalnız regionda qeyri-stabilliyi artıracaq”, – deyə Kameron vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar