"Biz heç kimə «bunlar yaxşı terrorçudur» deyə bilmərik" - Ərdoğan

cumhurbaskani-erdogan-_compressed"Mənə görə PYD ilə PKK bərabərdir. PYD-nin kimlərlə iş birliyi altında olduğunu görmək mümkündür. Bunlara silah dəstəyini verənlər beynəlxalq terrorizmə dəstək verirlər". Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Fransa səfəri öncəsi Atatürk Hava Limanında ciddi bəyanatlar verib. Onlardan biri də terror təşkilatları ilə bağlı olub.

Prezident Ərdoğan, "kürdlərin silahlandırılması" deyərkən, bunun "terror təşkilatlarının silahlandırılması" olaraq nəzərə alınmasının lazım olduğunu qeyd edib: "Mənə görə PYD ilə PKK bərabərdir. PYD-nin kimlərlə iş birliyi altında olduğunu görmək mümkündür. Bunlara silah dəstəyini verənlər beynəlxalq terrorizmə dəstək verirlər".

Ərdoğan çıxışına bu sözlərlə davam edib: "Bəzən eşidirik. Deyirlər ki, "Kürdlər DAEŞ-ə qarşı vuruşurlar". Bu, çox yanlış bir ifadədir. DAEŞ-ə qarşı hazırda torpaqlarını qorumaq üçün mübarizə aparanlar kimi, biz də DAEŞ-ə qarşı mübarizə aparırıq, aparmağa da davam edəcəyik. Niyə? Çünki DAEŞ terror təşkilatıdır. Lakin terror təşkilatının, digər terror təşkilatı ilə mübarizə aparmasına, "bunlar yaxşı terrorçudur" deyə bilmərik. Bu, ədalət prinsiplərinə tərs düşər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar