“Azərenerji” özəlləşdiriləcək – Nazirdən açıqlama

Samir-mainAzərbaycan hökuməti “Azerenerji” ASC-nin özəlləşdirilməsi üçün lazımi tədbirlər görür. “Trend”in yaydığı məlumata görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, vaxtilə ölkənin paylayıcı şəbəkələri özəl şirkətlərə idarəetməyə verilsə də, nəticə uğursuz olub. Buna görə də, şəbəkələr hökumətin mülkiyyətinə qaytarılıb. Onun sözlərinə görə, paylayıcı şəbəkələrin vəziyyəti elə də yaxşı olmayıb və onların bərpası üçün investisiya qoyulmalı idi: “İnvestorlar isə xeyriyyə təşkilatı deyil. Onlar qoyduqları pulu çıxarmaq və mənfəət əldə etmək istəyirlər. Bu isə yalnız tariflərin artırılması hesabına mümkündür. Amma hökumət buna getməyəcək. Paylayıcı şəbəkələrin özəlləşdirilməsi hökumətin tarif siyasətinin normal olub-olmamasından asılıdır”.

Samir Şərifovun sözlərinə görə, hələ ki, hökumət paylayıcı şəbəkələrin özəlləşdirilməsinə hazır olmasa da, Bakıda və regiondakı şəbəkələrin vəziyyətini yaxşılaşdıra bilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar