Prezident Qolf Klubunun açılışını etdi: Ziya Məmmədovun oğlu isə gözə dəymədi

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.Strateq.az Azərtac-a istinadən bildirir ki, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Prezident İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub və bu kompleks ən müasir tələblərə cavab verməklə təlim-tədris üçün bütün zəruri avadanlıqla təchiz ediləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva həmçinin kompleksin uşaq bağçasında, eləcə də SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar.

Sonra dövlət başçısı və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəliblər və Qolf klubunun binasında Prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Daha sonra Prezident İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb. Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.

Sonra Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib…

Strateq.az bildirir ki, görüş haqda media qurumlarının yaydıqları fotoşəkillərdə diqqət çəkən mühüm məqamlardan biri Azərbaycan Qolf Federasiyasınının prezidenti olan və sonradan Ədliyyə Nazirliyində “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyi kimi dövlət qeydiyyatından keçən təşkilatın sədrinin - ZQAN Holdinqin prezidenti, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun tədbirdə gözə dəyməməsi olub.

qolf-2.jpgHalbuki, indiyədək Azərbaycanda Qolf Federasiyasının, daha sonra isə Qolf Akademiyasının yaradılmasında əsas təşəbbüskar kimi məhz Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı çəkiliib. Hətta düz iki il əvvəl - 2013-cü ilin oktyabrın 2-də təntənəli şəkildə keçirilən Azərbaycan Qolf Federasiyasının inzibati binasının və Qolf Akademiyasının açılış mərasimində Ziya Məmmədovun oğlu Anar Məmmədov Gənclər və İdman naziri Azad Rəhimovla birgə “qırmızı lenti” kəsmişdi. Anar Məmmədov çıxışında isə bildirmişdi ki,  Federasiyanın əsas missiyası, hədəfi  Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdi...

İndi isə bu cümlələr başqa bir şəxsin dilindən səslənir... Üstəlik, belə bir mühüm tədbirə Anar Məmmədovun hər hansı şəkildə gözə dəyməməsi bir çox suallar yaradır: ya onun ölkədən çıxarıldığı, hətta qaçırıldığı haqda deyilənlər, ya da elə Ziya Məmmədov klanının qələminin birdəfəlik qırıldığı haqda deyilənlər gerçəkdir.

Hər halda, aşkar nəzərə çarpır ki, Ziya Məmmədovun oğluna belə bir mühüm tədbirdə Prezident yanında görünmək imkanı tanınmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar