Heydər Əsədov İsmət Abbasovdan qalma sistemi dəyişəcəyini vəd edir

“Nazirliyin bütün strukturu dəyişdiriləcək”

“Kənd Təsərrüfatı Nazirliyində qlobal dəyişikliklər ediləcək. Artıq təkliflərin hazırlanması başa çatıb. Sistsem dəyişikliyi ilə bağlı təkliflər bu gün təqdim olunacaq”. Bu sözləri Modern.az saytına açıqlamasında kənd təsərüfatı naziri Heydər Əsədov bildirib.

Qeyd edək ki, dünən prezident İlham Əliyev keçirdiyi iclasda Kənd Təsərrüfatı Nazirliyində struktur islahatlarının aparılması ilə bağlı məslə qaldırıb.

Nazir Heydər Əsədov bildirib ki, prezidentin tapşırığını yerinə yetirmək üçün hazırlıqlara başlayıb. Nazir struktur dəyişikliyinə fərdi qaydada yox, sistemli yanaşdığını deyib.

“Prezidentin dediyi kimi, biz dəyişikliklərə fərdi yox, sistemli yanaşırıq. Yəni məsələyə hansısa şöbəni ləğv edib, digər bir sektoru yaratmaq formasında yox, dəyişikliklərə sistemli yanaşma formasında baxıram. Odur ki, qlobal dəyişikliklərə gedəcəyik. Artıq təkliflərin hazırlanması başa çatıb. Həmin təkliflər bu gün təqdim olunacaq”-deyə Heydər Əsədov bildirib.

Ötən gün Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda ölkə başçısı kənd təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır. O, buna böyük ehtiyac duyulduğunu və yeni strukturun müasir tələblərə cavab verməli olduğunu bildirib. Prezident həmçinin sistem xarakterli islahatlara üstünlük verilməli olduğunu da vurğulayıb. İlham Əliyev kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməsinin vacibliyini qeyd edib. “Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar