Türkiyə və Avropa Birliyi ortaq plan hazırlayıb

Türkiyə və Avropa Birliyi qaçqın axınına nəzarət eləmək üçün ortaq operativ hərəkət planı hazırlayıb. Musavat.com-un məlumatına görə, bu barədə Avropa KİV-ləri Almaniya hökumətinə istinadən xəbər yayıb.

Plana görə, Türkiyə və Yunanıstan Egey dənizinin şərq sularında birgə patrul həyata keçirəcək, həmçinin, Ankara öz dəniz sərhədlərini daha diqqətlə mühafizə edəcək.

Gözlənilir ki, bu tədbirlər qeyri-leqal miqrant daşınması ilə mübarizəyə kömək edəcək. Bununla yanaşı, qaçqınların qəbul edilməsi üçün Türkiyə ərazisində 6 yeni düşərgə salınacaq.

İlkin məlumatlara görə, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbirlər planını Avropa Birliyinin rəhbərliyi ilə müzakirə edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar