ABŞ-ın Putinə görə yaydığı görüntülər - FOTO, VİDEO

Amerika Aerokosmik Agentliyi (NASA) insanın ilk dəfə Aya qədəm qoyduğu “Apollon” missiyasının yüksək keyfiyyətli fotolarını dərc etdirib.

“Apollon” missiyası Ayda - 1969-cu il

ANS PRESS-in məlumatına görə, minlərlə fotoşəkil 1969-cu ildə həyata keçirilmiş missiyanın uğurla nəticələndiyini sübut edir. Bu çərçivədə 8,4 min fotoşəkil “Flickr” fotohostinqinin “Procect Apollo Archive” səhifəsində yerləşidrilib. Şəkillər həmin illər ən qabaqcıl sayılan “Hasselblad” kamerası ilə çəkilib və çoxu rəqəmsal ölçüyə keçirilib.

Bir neçə gün öncə isə NASA Marsda maye halında su olması barədə məlumat yaymışdı. Alimlər bunu Mars barədə NASA-nın əsas sirri adlandırdılar. NASA-nın məlumatına görə, planetdə çaylar - mövsümdən asılı olaraq peyda olan duzlu su axınları müşahidə edilir. Bu axınlar ilin isti fəsillərində yaranır və soyuq fəsillərdə yoxa çıxır.

Marsda duzlu çaylar - NASA-nın çəkilişi

Bu, Qırmızı planetdə həyatın olması barədə ehtimalları artırmağa başladı və xəbər dünya KİV-lərində əsas başlığa çevrildi. Məhz bu cəhətə diqqət yetirən Rusiya siyasətçiləri NASA-nın bu addımının Rusiya prezidenti Vladimir Putinin BMT Baş Assambleyasında çıxışı ilə bağlı olduğunu iddia etməyə başladılar.

Rusiya Dövlət Dumasının təhsil komitəsinin sədri, politoloq Vyaçevslav Nikonov iddia edib ki, Vladimir Putinin BMT Baş Assambleyasında çıxışına böyük marağın olması ABŞ rəhbərliyini narahat edib: “Putinin çıxışı ilə NASA-dakı mətbuat konfransını eyni vaxta saldılar və bildirdilər ki, Marsda su tapılıb. Bu isə ingilisdilli mətbuat üçün əsas dünya hadisəsinə çevrildi”.

Vyaçevslav Nikonov - rus politoloq

Bu məntiqlə düşünmək olar ki, NASA insanın Aya ilk dəfə enməsinin 1969-cu ildə çəkilmiş fotoşəkillərini indi yaymaqla Rusiyanın Suriyada İŞİD-i bombalamasını arxa plana keçirmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar