"Qəbələ" Xəzər Lənkəran"a toy tutdu

Bu gün Topaz Premyer Liqasında VII tura yekun vurulacaq. ANS PRESS-in məlumatına görə,son oyun günündə 3 qarşılaşma baş tutacaq.Artıq iki matç yekunlaşıb. Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edib. Hesabı 10-cu dəqiqədə meydan sahiblərindən Juninyo açıb. "Sumqayıt" 69-cu dəqiqədə Uğur Pamukun qolu ilə bərabərliyi təmin edib. 7 dəqiqə sonra qonaqlardan Slavik Alxasov qırmızı vərəqə alıb. 81-ci dəqiqədə dublunu rəsmiləşdirən Juninyo komandasını yenidən hesabda önə keçirib. 90+2-ci dəqiqədə isə Rəşad Eyyubov fərqlənərək "Kəpəz"ə 3:1 hesablı qələbə qazandırıb.

"Qarabağ" klubu.

Günün ikinci oyununda "İnter"lə "Qarabağ" üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında 2 qol vurulub. Dani Quintananın 30-cu dəqiqədə hesabı açıb. 90+2-ci dəqiqədə hakim "İnter"in qapısına penalti təyin etsə də, Elvin Məmmədov topa dəqiq zərbə vura bilməyib. Epizodun davamında isə Reynaldo Silva fərqlənib. Bu oyunda son qol olub və 2:0 hesablı qələbə qazanan qarabağ ötən gün "Zirə"yə təhvil verdiyi turnir cədvəlinin zirvəsini geri qaytarıb. 90-cı dəqiqədə Georgi Lomaya qırmızı vərəqə alıb. 3 dəqiqə sonra isə Zurab Xizanişvili meydandan qovulub. Hər iki futbolçu hakimi təhqir etdiyinə görə meydandan qovulub.

Tura "Qəbələ" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulacaq. Saat 21.00-da başlayacaq oyunda Rəhim Həsənov fit çalacaq. "Qəbələ" hazırda 13 хalla 4-cü pillədə qərarlaşıbsa, "Xəzər Lənkəran"ın 6 хalı var və 6-cı pilləni tutur.

Turun iki matçı ilk iki oyun günündə baş tutub. AZAL "Rəvan"ı 1:0, "Zirə" "Neftçi"ni 2:0 hesabı ilə yenib.

Premyer Liqa

2015/16 mövsümü

II dövrə, VII tur

4 oktyabr

Kəpəz - Sumqayıt 3:1

Qollar: Juninyo, 10; 81. Rəşad Eyyubov, 90+2 - Uğur Pamuk, 69.

İnter - Qarabağ 0:2

Qollar: Dani Quintana, 30. Reynaldo Silva, 90+3.

Qolla nəticələnməyən penalti: Elvin Məmmədov, 90+2

Qəbələ - Xəzər Lənkəran 6:0

Qollar: Dodo, 1. Fakundo Pereyra, 10; 79. Aleksey Qay, 45. Aleksey Antonov, 76. Ermin Zets, 89.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar