"Yazda proseslər yeni mərhələyə qədəm qoyacaq"

Sülhəddin Əkbər müxalifətin yeni koalisiyasının yaradılmasını zəruri saydığını açıqlayıb

“Parlament seçkilərindən öncə müxalif düşərgədə geniş koalisiyanın yaranması üçün sosial tələb ortaya çıxacaq”. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Milli Şura və Demokratik Qüvvələr Birliyinin hədəfləri eynidir, hər ikisi azad və ədalətli seçkilər yolu ilə demokratiyaya keçidi təmin etməyə çalışır:

“Demokratik Qüvvələr Birliyində təmsil olunan partiyaların Milli Şuraya münasibəti də normaldır. Demokratik Qüvvələr Birliyindəki partiyalardan Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası və bizim təşkilat həm də Milli Şurada təmsil olunur. Liberal Partiyanın da Milli Şuraya münasibəti normaldır. Hər iki qurumun hədəfləri də üst-üstə düşür. Ona görə də seçki öncəsi demokratik qüvvələrin geniş koalisiyasının yaranması üçün sosial tələb ortaya çıxacaq”.

S. Əkbər Demokratik Qüvvələr Birliyinin son toplantısında Azərbaycanda ictimai-siyasi vəziyyətin inkişaf perspektivləri, yeni mərhələdə Demokratik Qüvvələr Birliyinin vəzifələrinin müzakirə olunduğunu söyləyib. O, qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ilə bağlı gecikməyə yol verilməməsini zəruri sayır:

“Seçkilərdən sonra xəyal qırıqlığı yaranır. Bu proses yaza qədər davam edəcək və bu, demokratik qüvvələr üçün sıxıntılı mərhələdir. Yazda proseslər yeni mərhələyə qədəm qoyacaq. Digər tərəfdən, nə Demokratik Qüvvələr Birliyi, nə də Milli Şura seçki bloku deyil. Dünən toplantıda səslənən fikirlərdən də biri bu idi ki, demokratik qüvvələr seçkilərdə koalisiya halında iştirak etsə, daha yaxşı olar. Amma bu baş tutmayacaqsa, ayrı-ayrı partiyalar öz maraqlarına uyğun qərar verəcəklər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar