DEPUTAT OĞLUNUN MİLYONLUQ MAŞINI - Fotolar

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu maşın kolleksiyasını artırıb.Day.az xəbər verir ki, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədov yeni bahalı avtomobillə fotosunu paylaşıb.

Aynar Məmmədovun yeni “Ferrari” markalı avtomobili aldığı iddia olunur. Sosial şəbəkədə yeni avtomobili ilə paylaşdığı şəklinə dostları tərəfindən təbriklər yazılıb.

Deputat Elton Məmmədov Axar.az-a açıqlamasında oğlunun milyonluq maşın alması haqda xəbəri təkzib edib.

Millət vəkili təklif edib ki, əgər Aynar Məmmədov 1 milyonluq maşın alıbsa, gəlin birlikdə o olmayan maşında "gəzək":“Bu cür xəbərləri yayanlar ictimaiyyətdə çaxnaşma yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyənlərdir. Olmayan bir məsələni sifarişlə yazırlar. Bununla ictimaiyyətdə çaşqınlıq yaradırlar. İnanın səmimiyyətimə, belə bir şey yoxdur. Bu xəbərləri yayanlar adamdır, amma insan olmaqdan çox uzaqdırlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar