TAHİR KƏRİMLİ DEPUTAT OLUR? - Namizədliyi qeydə alındı

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Bu barədə məlumatı AzNews.az-a 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin aparıcı məsləhətçisi Seymur Quliyev verib. O, Tahir Kərimlinin namizədliyinin artıq qeydə alındığını bildirib.

Qeyd edək ki, Tahir Kərimli 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Əlyunis Mütəllimovun namizədliyini verib.

Hazırda isə həmin dairənin deputatı YAP-çı iş adamı Ərəstun Cavadovdur. YAP bu dəfə onun namizədliyini vermədiyindən, həmin dairədən parlamentdə kimin seçiləcəyi maraq doğururdu. Bir qədər əvvəl isə mətbuatda mötəbər mənbəyə istinadən, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Tahir Kərimliyə mandat veriləcəyinə dair məlumat verilib.

Xatırladaq ki, mətbuatda sentyabrın 17-də Tahir Kərimlinin və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşdükləri haqda məlumat yayılmışdı. Hətta Ramiz Mehdiyevin partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilirdi.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar