Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən danışdı -Fotolar

Prezidentliyə namizəd mətbuat konfransı keçirdi

Sentyabrın 16-da Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şuranın prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasının başlanması ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də iştirak edib.

Çıxış edən Oqtay Gülalıyev vurğulayıb ki, mətbuat konfransında Milli Şuranın seçkiqabağı fəaliyyəti, o cümlədən Cəmil Həsənlinin və Eldar Namazovun London səfərləri ilə bağlı açıqlamaları olacaq.

Çıxış edən Milli Şura sədri Cəmil Həsənli Milli Şuranın seçkiqabağı fəaliyyəti, London səfəri və Rüstəm İbrahimbəyovla Tiflisdəki görüşü barədə məlumat verib: “Milli Şuranın əvvəlki fəaliyyəti Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasına yönəlmişdi. Bu yöndə olan çətinlikdən sonra Millin Şura tərəfindən mənim namizədliyim irəli sürüldü. Həmin gün MŞ-nin seçki qərargahı yaradıldı. Hazırda seçki qərargahı öz işini yüksək dərəcədə həyata keçirir. MŞ Azərbaycanda müxalifət partiyalarının birlik modeli kimi yaradılıb. Bu modelin mərkəzində bizim çox böyük fikir adamımız Rüstəm İbrahimbəyov dayanır. Hakimiyyət tez-tez MŞ-nin dağıdılması ilə bağlı kampaniya aparır. MŞ-ni siyasi səhnədən silmək istəyirlər. Amma, Milli Şura bu tələdən yan keçdi və gördüyünüz kimi fəaliyyətini davam etdirir. Bizim Londona dəvətimiz var idi. Londonda çox böyük və nüfuzlu insan haqları təşkilatları ilə görüşlərimiz oldu. Onlarla seçkiqabağı ölkəmizdəki vəziyyəti birgə müzakirə etdik. Bizim Böyük Britaniya Xarici İşlər Nazirliyində böyük görüşümüz oldu. Onlarla Azərbaycanla bağlı bir çox məsələləri müzakirə etdik. Ondan sonra Britaniyanın ən nüfuzlu Kral İnstitutunda da görüşlərimiz oldu. Milli Şura barədə onlara çox geniş şəkildə məlumat verdim. Səfərin hər iki axşamı Londonda Azərbaycan evi və türk diaspor rəhbərləri ilə görüşlərimiz oldu. Səfərim Milli Şuranın İcra Aparatının sədri Eldar Namazovla birgə oldu. Müəyyən səbəblə bağlı Rüstəm bəy Londona gələ bilmədi. Onunla biz Tiflisdə görüşdük. Milli Şuranın seçki strategiyası və seçkiqabağı təşviqat məsələləri ilə bağlı danışıqlarımız oldu. Rüstəm bəy söylədi ki, o seçki strategiyasına rəhbərlik edir və bundan sonra da rəhbərlik edəcək”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar